GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ölü doğulan təşkilat, yaxud KTMT tabutuna vurulan sonuncu mismar

Ölü doğulan təşkilat, yaxud KTMT tabutuna vurulan sonuncu mismar

Tarix: 24-11-2022, 12:21 Bölmə :Dünya Baxış: 226

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana kömək göstərilməsi tədbirləri haqqında qərar layihəsi “yüksək hazırlıq vəziyyətindədir”, amma “müəyyən müddəalarının işlənməsinə ehtiyac var”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu noyabrın 23-də təşkilatın baş katibi Stanislav Zas şura sessiyasının nəticələri barədə danışarkən deyib:

“İki sənəd bugün xüsusilə müzakirə olunub. Bunlar Ermənistan Respublikasına kömək göstərilməsi barədə qərarın layihəsidir. Sənəd yüksək hazırlıq vəziyyətindədir. Ümumilikdə, əlbəttə, Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı bu heç də sadə olmayan situasiyada Ermənistana köməklik göstərilməsinə dair kompleks tədbirlər razılaşdırılıb və müəyyənləşdirllib”.

“Normal proses”

Zasın dediyinə görə, sənəd ümumilikdə tanınıb, amma onun bəzi müddəalarının işlənməsinə ehtiyac var.

Zas bildirib ki, sənəd bundan sonra imzalanmaq üçün KTMT-yə üzv dövlətlərin başçılarına təqdim olunacaq.

Zas əlavə edib ki, “KTMT Kolektiv Təhlükəsizlik Şurasının bəyannaməsi də yüksək hazırlıq vəziyyətindədir, amma bugünkü müzakirələrin nəticələrinə görə bu sənədə bir sıra redaktələr edilməlidir”.

KTMT baş katibi bunu “normal proses” adlandırıb.

Ermənistanın baş naziri Nikol Paşinyan da deyib ki, KTMT ölkələri başçılarının iclasında 15 qərar qəbul olunub, daha iki sənəd təkrar işlənməyə göndərilib.

Lukaşenka deyir ki, KTMT Ermənistanın iki düzəlişini qəbul etməyib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Yerevanda keçirilən sammitində təşkilatda sədrliyi Ermənistandan təhvil alan Belarusun prezidenti Alyaksandr Lukaşenka deyib ki, imzalanma üçün təqdim olunan sənədə Yerevanın iki düzəlişi qəbul olunmayıb.

Lukaşenka deyib:

“Biz qərara gəldik ki, bu iki bəndi qəbul etməyək və onların dərinliyinə varmayaq”.

Lakin Belarus prezidenti bu bəndlərin nədən ibarət olduğunu açıqlamayıb.

Lukaşenka: “Nikol Vovayeviç susur, deməli o da mənim dediyimlə razıdır”

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Yerevan KTMT sammitindən habelə “Azərbaycanın təcavüzünə siyasi qiymət verilməsini” gözləyirdi.

Rəsmi Yerevan da sənədə hansı düzəlişləri təklif etdiyini açıqlamayıb.

Lukaşenka deyib:

“Amma biz ilk dəfə olaraq qərara gəldik ki…(və bu istiqmətdə konkret hərəkət vardı) razılığa gəlmək üçün mövqelərin uyğun gəldiyi məqamlar var. Və biz hamımız başa düşdük ki, bu münaqişə Ermənistan-Azərbaycan münaqişəsidir. Əgər biz bugün müzakirə etdiyimiz kimi hərəkət etsək, münaqişə qurtaracaq və sülh müqaviləsi imzalanacaq. Nikol Vovayeviç susur, deməli o da mənim dediyimlə razıdır”.

Paşinyan imzalamayıb?

Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Yerevanda keçirilən sammitində təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan imtina edib.

Bunu Ermənistan hökumətinin mətbuat xidməti xəbər verir.

Paşinyan KTMT-ni kəskin tənqid edib

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını 2020-ci ilin 44 günlük müharibəsində Ermənistana kömək göstərməkdən imtina etməsinə görə kəskin tənqid edib.

KTMT-nin noyabrın 23-də Yerevanda keçirilən sammitində Paşinyan xatırladıb ki, onun ölkəsi bu ilin yanvarında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev antihökumət iğtişaşları zamanı KTMT qoşunlarını köməyə çağırarkən bu çağırışa dəstək verib.

KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Rusiya daxildir.

KTMT-nin nüfuzuna zərbə

Paşinyan deyib:

“Ermənistan KTMT-dəki sədrliyini başa vurur. Bu ilin KTMT üçün ildönümü olmasına baxmayaraq, bu il Ermənistan üçün ildönümü olmayıb. Son iki ildə KTMT-yə üzv dövlət Azərbaycanın azı üç hücumuna məruz qalıb və yeri gəlmişkən, biz indiyədək KTMT-dən Azərbaycanın təcavüzünə hər hansı bir reaksiya almamışıq və bu, təşkilatın nüfuzuna böyük zərbədir”.

Noyabrın 23-də Ermənistanın vətəndaş cəmiyyətini və demokratik təsisatlarını təmsil edən yüzlərlə fəal Yerevanın mərkəzində ölkənin KTMT-dən dərhal çıxmasını tələb edən aksiya keçirib.

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, nümayişçilərin arasında Rusiyanın Ukraynaya müdaxiləsinə etiraz edənlər də var idi.

Qazaxıstanlı Taşmaqambetov KTMT sədri oldu

Yerevanda keçirilən sammitdə KTMT ölkələrinin liderləri – Rusiya prezidenti Vladimir Putin, Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev, Belarus prezidenti Alyaksandr Lukaşenka, Qırğızıstan və Tacikistanın başçıları Sadır Japarov və Emomali Rahmon və ev sahibi kimi baş nazir Paşinyan iştirak edirlkər.

Sammitdə elan olunub ki, KTMT-nin sədri kürsüsündə Belarus nümayəndəsi Stanislav Zası Qazaxıstan siyasətçisi İmanqali Taşmaqambetov əvəzləyəcək.

Keçmiş prezident Nursultan Nazarbayevin sadiq müttəfiqi kimi tanınan 65 yaşlı Taşmaqambetov Qazaxıstanın baş naziri, baş nazir müavini və Almatı meri vəzifələrində olub.

Onun sonuncu tutduğu rəsmi vəzifə Qazaxıstanın Rusiyadakı səfirliyi idi.

Putin sülh müqaviləsinin imzalanmasına ümid edir

Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də Yerevanda keçirilən sammitində deyib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına ümid edir.

AzadlıqRadiosunun erməni xidməti – “Azatutyun”un yazdığına görə, o deyib ki, bugünkü görüşdə iki ölkə arasında münasibətlərin kompleks normallaşdırılması məsələsi müzakirə olunacaq:

“Şübhəsiz ki, bu, bizim diqqətimizi tələb edən kəskin məsələdir”.

Putin əlavə edib ki, Soçidə aparılmış üçtərəfli danışıqlar əsas məsələlərin həlli üçün yaxşı bünövrə olub.

Rusiya prezidentinin sözlərinə görə, Soçidə 2020 və 2021-ci ildə qəbul edilmiş üçtərəfli razılaşmalara ən yüksək səviyyədə sadiqlik ifadə olunub:

“Sərhədin delimitasiyasına, nəqliyyat kommunikasiyalarının açılmasına, humanitar problemlərin həllinə, Ermənistan və Azərbaycan arasında münasibətlərin dayanıqlı normallaşdırılmasına yalnız bu razılaşmalara ardıcıl əməl etməklə nail olmaq olar. Ümid edirik ki, bu, son nəticədə Yerevan və Bakı arasında sülh müqaviləsinin imzalanmasına imkan verəcək”.

Bundan əvvəl xəbər verilmişdi ki, Yerevanda Putinlə baş nazir Nikol Paşinyan arasında ayrıca görüş nəzərdə tutulub.

Putin bildirib ki, KTMT-nin hərbi strukturu və buradakı nöqsanlar təşkilatın qapalı iclasında müzakirə olunacaq.

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • KTMT də MÖVQEYİNİ AÇIQLADI - "Azərbaycan Ermənistana zərbə endirməyəcək"

    KTMT də MÖVQEYİNİ AÇIQLADI - "Azərbaycan ...

    9-10-2020, 15:11

  • 
  • Savaşdan sonra milli təhlükəsizlik gündəmdə: - “Bu sənəd yenilənməlidir”

    Savaşdan sonra milli təhlükəsizlik gündəmdə: - ...

    24-12-2020, 12:47

  • 
  • KTMT-nin Baş katibi: "Ermənistanla Azərbaycan arasında sərhəd məsələsinin tənzimlənməsində siyasi imkanlar tükənməyib"

    KTMT-nin Baş katibi: "Ermənistanla ...

    10-08-2021, 16:32

  • 
  • Biz müharibəyə Ermənistanın tərəfində daxil olacağıq

    Biz müharibəyə Ermənistanın tərəfində daxil ...

    9-10-2017, 12:15

  • 
  • Ermənistan KTMT-də yeni daimi nümayəndə təyin etdi - KİMİ?

    Ermənistan KTMT-də yeni daimi nümayəndə təyin ...

    22-11-2018, 14:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (458)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu