“Paşinyanın sözügedən bəyannaməni imzalamaqdan imtina etməsi KTMT-nin Ermənistanı daha qətiyyətlə müdafiə etməsinə nail olmaq üçün atdığı şantaj alətidir”.
Bunu GundemXeber.Az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistan baş nazirinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçirilən iclasında İrəvanın təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina etməsinə münasibət bildirərkən deyib:
“Ermənistan KTMT-ni özünün təhlükəsizliyinə biganə münasibət bəsləməkdə ittiham edir. Qarabağda müharibə gedəndə İrəvan ümid edirdi ki, Rusiya bilavasitə öz qoşunları ilə prosesə qarışacaq. Amma Moskva Ermənistana sadəcə silah göndərməklə kifayətləndi. Cari ilin sentyabrın 12-13 hadisələri nəticəsində Azərbaycan Ordusunun irəliləməsi fonunda da İrəvan KTMT-dən müdaxilə tələb etdi. Təşkilat isə bunu da etmədi. Ona görə də İrəvanda baş tutan toplantıdan istifadə etməklə, Ermənistan demarş edərək, KTMT-nin bəyannaməsini imzalamaqdan imtina edib. Onun ardınca erməni cəmiyyətində KTMT-dən çıxmaqla bağlı fikirlər güclənir. Bu da ola bilsin bir şantaj alətidir. Bu şantajla İrəvan çalışır ki, KTMT daha qətiyyətlə Ermənistanı müdafiə etsin”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?