GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Keçmiş icra başçısı: “O pulları şəxsi mənafeyimə xərcləməmişəm”

Keçmiş icra başçısı: “O pulları şəxsi mənafeyimə xərcləməmişəm”

Tarix: 28-11-2022, 14:52 Bölmə :Dünya Baxış: 232


Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədov ona verilən rüşvət, mənimsəmə, vəzifədən sui-istifadə ittihamlarını qəbul edir. Lakin əldə olunan vəsaitləri şəxsi mənafeyinə xərcləmədiyini deyir.

“İttihamlarla tamamilə razıyam, problem yoxdur. Ancaq o vəsaitləri mən şəxsi mənafeyimə xərcləməmişəm. İttihamda cinayət yoluyla əldə edildiyi göstərilən vəsaitlər rayonun idarəçiliyində istifadə olunub”, – ilyarımdan çoxdur həbsdə olan Məmmədov noyabrın 24-də məhkəmədə ittihamlara münasibət bildirərkən belə deyib.

3.3 milyonluq paylar 40 manata

Sabiq icra başçısının işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmədə prokuror ittiham aktını elan edib. Orada iddia olunur ki, Şəmkir şəhər bələdiyyəsinin təsis etdiyi, dəyəri 1 milyon 335 min manat olan şirə və cem istehsalı zavodu olan “Abad Şəmkir” MMC-nin bələdiyyəyə məxsus payları 2018-ci ildə icra başçısının göstərişiylə onun oğlu Adil Məmmədova, 2020-ci ildə isə Fərid İslamzadə adlı şəxsə cəmi 180 manata satılıb.

“Çinarlı qəsəbə” MMC-nin Çinarlı bələdiyyəsinə məxsus 3.3 milyonluq paylarının isə icra başçısının göstərişiylə “Şəmkir səbəti” MMC-yə cəmi 40 manata satıldığı iddia olunur.

“Şəmkir səbəti”nin də rəsmi təsisçiləri icra başçısının oğlu Adil Məmmədov, köməkçisi Mahir Əliyev və Orxan Məmmədlidir.

Sabiq icra başçısı bu vəzifədə işlədiyi dövrdə tenderlərdə iştirak edən şirkət rəhbərlərindən, sahibkarlardan rüşvət almaqda və başqa əməllərdə də ittiham olunur.

İttihama görə, rüşvət Məmmədova əsasən, köməkçisi, birinci müavini və icra hakimiyyətində memarlıq şöbəsinin müdiri vasitəsilə çatdırılıb.

677 min manatlıq “hədiyyə”

Məhkəmə prosesində sabiq icra başçısından Şəmkir rayonunda ümumi dəyəri 677 min manat olan iki evin necə əldə edildiyi soruşulub.  Alimpaşa Məmmədov sözügedən mənzillərin dəyərinin 142 min manat olduğu sonrakı qiymətləndirmədə 677 min manata hesablandığını, mənzillərin tikintisinin yekunlaşmadığını və sahibkar tərəfindən ona hədiyyə edildiyini deyib.

Prosesdə o da məlum olub ki, Alimpaşa Məmmədova müxtəlif şəxslər tərəfindən 1 mln 729 min 332 manat dəyərində pul rüşvət qismində verilib. Sabiq icra başçısı isə həmin vəsaitləri rayonda aztəminatlı ailələrə xərcləndiyini deyib.

6.8 milyon manat

İttihama görə, Məmmədov icra başçısı işlədiyi müddətdə mənimsəmə və rüşvət yoluyla 6.8 milyon manata yaxın vəsait əldə edib.

Bu vəsaitlərin bir hissəsi oğlu Adil Məmmədovun adına təsis olunan “Az Farel” MMC-nin tikinti xərclərinə yönəldilib.

Məhz buna görə Məmmədova həm də cinayət yoluyla əldə edilmiş vəsaitlərin leqallaşdırılması ittihamı da verilib.

Prokuror bu ittihamları elan edəndən sonra Məmmədov deyib ki, göstərilən əməllərə yol verildiyini inkar eləmir.

“Amma niyyət başqa olub. Rayonu idarə eləmək asan deyil. Mən vətəndaşları iş yeriylə təmin eləməyə, onların dolanması üçün çalışmışam. Əgər bu israfçılıqdırsa, bununla da razıyam…”, – keçmiş icra başçısı bildirib.

Sabiq icra başçısının məhkəməsi dekabrın 8-də davam edəcək.

Xatırlatma

2014-2021-ci illərdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olmuş Alimpaşa Məmmədov bundan öncə 3 il Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb. O, 2021-ci il aprelin 29-da Şəmkirdə icra hakimiyyətinin binasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

Məmmədovun həbsindən sonra Səbail rayon Məhkəməsinin qərarıyla ona və ailə üzvlərinə məxsus olduğu iddia edilən bir sıra əmlakların üzərinə həbs qoyulub.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, ümumilikdə həbs altında olan əmlakların dəyəri 10 milyon manatdan çoxdur.

Onların arasında “Abad Şəmkir” MMC – qida məhsulları istehsal zavodu; “Az Farel” MMC – balıq yetişdirmə və emalı müəssisəsi; Bakının Nərimanov rayonu ərazisində “Sipark” yaşayış kompleksində iki mənzil də var.

Cinayət işində iddia olunur ki, bu mənzillər keçmiş icra başçısına rüşvət kimi verilib.

Məmmədova CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1 (cinayət yoluyla əldə edilmiş vəsaitləri leqallaşdırma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında Ağstafa və Yevlaxdan başlayıb. Daha sonra Neftçala, Biləsuvar, İmişli, Cəlilabad, Kürdəmir və Şəmkir rayon icra hakimiyyətlərində də bənzər əməliyyatlar keçirilib.

Həbsdəki icra başçılarından Məmmədov istisna olmaqla, digərlərinə hökm oxunub. Onlara 5 ildən 12 ilə qədər həbs cəzası kəsilib. Keçmiş məmurlar barlərindəki hökmlə razılaşmır, yuxarı instansiya məhkəmələrinə şikayətlər veriblər. Bu üzdən hamısının işi üzrə məhkəmə prosesləri davam edir.

Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev 2021-ci ilin sentyabrında həbsdə vəfat edib.

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəmkir icra başçısının həbsi gözlənilir - İDDİA

    Şəmkir icra başçısının həbsi gözlənilir - İDDİA ...

    9-06-2020, 20:35

  • 
  • Alimpaşa Məmmədovun oğluna yaratdığı biznes şəbəkəsi

    Alimpaşa Məmmədovun oğluna yaratdığı biznes ...

    30-04-2021, 11:18

  • 
  • Şəmkirin icra başçısı müavinini işdən çıxardı

    Şəmkirin icra başçısı müavinini işdən çıxardı ...

    5-11-2014, 16:29

  • 
  • DTX Alimpaşa Məmmədovun həbsilə bağlı məlumat yaydı

    DTX Alimpaşa Məmmədovun həbsilə bağlı məlumat ...

    29-04-2021, 10:11

  • 
  • Şəmkirin icra başçısının həbsi gözlənilir - ŞOK İDDİA

    Şəmkirin icra başçısının həbsi gözlənilir - ŞOK ...

    26-12-2019, 14:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu