Onlarla çinli tələbə də daxil olmaqla, 100-dən çox insan, Çinin "SIFIR-COVID" siyasətinə son qoymağa çağırıb və çərşənbə günü Cənubi Koreyanın paytaxtında keçirilən nümayiş zamanı ölkənin avtoritar siyasi sisteminə etiraz edib.
Seulda küçəyə toplaşan etirazçılar Çin prezidenti Si Çinpin və Kommunist Partiyasını istefaya çağırarkən, əllərində "Diktator getsin" və "Azad Çin" yazılmış plakatlar tutub.
Digərləri Çin hökumətinin senzurası fonunda etiraz simvoluna çevrilmiş boş ağ vərəqlər tutaraq ifadə azadlığı və səsvermə hüququna çağırıb.
Dünyanın ondan çox şəhərində Çində şiddətli pandemiya məhdudiyyətlərinə qarşı lokal reaksiya kimi başlayan, lakin tez bir zamanda ölkənin onilliklər ərzində ən böyük ümummilli ictimai narazılıq nümayişinə çevrilən Çindəki etirazlarla həmrəylik nümayişləri keçirildi.
Seul aksiyasında onlarla etirazçı Cənubi Koreya sakinləriolub, lakin iştirakçıların əksəriyyəti materik Çindən olanlar da daxil olmaqla, mandarin dilində danışanlar kimi görünüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?