Çin ABŞ-ı Cənubi-Çin dənizində müharibəyə başlaya biləcəyi ilə təhdid edib.
Avropa.info xəbər verir ki, çinli admiral Şenli deyib ki, ABŞ regionda provokasiyalara davam edərsə, tərəflər arasında dənizdə və hava məkanında çox gərgin vəziyyət yaran bilər. Ani hərəkət sülhü poza bilər.
Müharibə təhdid amerikan esminesi “Lassen”nin Çinin süni şəkildə yaratdığı Spratli adalarının 12 millik sahil xəttinə girməsindən sonra baş verib. Rəsmi Pekin manevrləri Çinin suverenliyinə təhlükə adlandırıb.
Mübahisəli adalara iddia edən tərəf təkcə Çin deyil. Arxipelaqa Malayziya, Filippin, Bruney, Vyetnam da ərazi iddiası irəli sürüb.
Çin ABŞ-a dəfələrlə xəbərdarlıq etsə də, Amerika öz növbəsində Pekinin süni adalar ətrafında 12 millik ərazi sularını öz ərazisi saymasına icazə verməyəcəyini bildirib.
Pentaqon şefi Eşton Karter deyib ki, ABŞ beynəlxalq sular anlayışına daxil olan istənilən yerdə üzəcək də, uçacaq da. Cənubi-Çin dənizi də istisnalardan deyil.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?