Ukraynanın xarici işlər naziri cümə axşamı Ukraynanın Madriddəki səfirliyinə göndərilən bombalı məktubun terror aktı olduğunu bildirib və günahkarların maksimum cəza almasını təmin edəcəyinə söz verib.
İspaniya rəsmiləri səfirliyə göndərilən bombanın İspaniyanın paytaxtında müxtəlif ünvanlara, o cümlədən baş nazir Pedro Sançesə ünvanlanan və ələ keçirilən bir neçə bombadan biri olduğunu bildirib. Ukrayna səfirliyinə gələn bomba çərşənbə günü partlayıb və nəticədə səfirliyin bir əməkdaşı yaralanıb.
NATO-nun Rumıniyada keçirilən iclası çərçivəsində danışan Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, bombalı məktub çox ciddi məsələdir və onlar bunu diqqətlə izləyir.
Kuleba "bu, beynəlxalq hüquqla müdafiə olunan diplomatik quruma qarşı hücumdur" deyib və Ukraynanın bütün xarici diplomatik qurumlarına dərhal təhlükəsizlik tədbirlərini artırmalarına göstəriş verib.
Kuleba "hər bir ukraynalını təkcə Ukraynada deyil, xaricdə də mümkün vasitələrlə müdafiə edəcəyinə" söz verib.
İspaniya rəsmiləri paketlərin cümə axşamı İspaniyanın Müdafiə Nazirliyinə və Torrehon-de-Ardoz hava bazasına da göndərildiyini bildirib. İspaniyanın Ukraynaya göndərdiyi qumbaraatanların istehsalı ilə məşğul olan "İnstalaza" şirkətinə də çərşənbə axşamı həmin paketdən gəlib.
Paketləri kimin göndərməsi ilə bağlı araşdırma davam edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?