GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ukrayna Moskvaya zərbə endirə bilərmi?

Ukrayna Moskvaya zərbə endirə bilərmi?

Tarix: 7-12-2022, 16:57 Bölmə :Dünya Baxış: 220




Rusiyada dekabrın 6-da dron zərbəsi nəticəsində artıq sayca üçüncü aerodromda yanğın baş verib.

Reuters agentliyi xatırladır ki, bundan bir gün əvvəl “Ukrayna qüvvələri ehtimalən Rusiya ərazisinin dərinliklərindəki hədəfləri vurmaq qabiliyyətini nümayiş etdirərək” iki hərbi aerodroma zərbələr endirmişdi.

Rusiyanın Kursk şəhərindəki rəsmilər səhərin erkən saatlarında endirilmiş zərbənin ardınca aerodromdan qalxan qara tüstünü görüntüləyən fotoları yayıblar.

Kursk qubernatoru bildirib ki, aerodromdakı neft çənində yanğın baş versə də, itki olmayıb.

Bundan bir gün əvvəl Moskva Rusiyanın strateji aviasiyasının yerləşdiyi Engels hərbi hava bazasına və Ryazandakı aerodroma sovet istehsalı olan dronlarla zərbələr endirildiyini təsdiqləmişdi.

Kiyev bu zərbələri alqışlasa da, onları endirdiyini təsdiqləməyib.

“Böyük strateji uğursuzluq”

Britaniyanın Müdafiə Nazirliyi bildirib ki, əgər Rusiya bu zərbələri məqsədli şəkildə edilmiş hücum hesab edirsə, deməli özünün Ukrayna müharibəsi başlanandan bəri ən böyük strateji uğursuzluğunu etiraf edir.

Nazirlik dekabrın 6-da ehtimal etdiyini bidlirib ki, bu insidentlərə görə Rusiyanın yüksək vəzifəli komandanlarının cəzalandırılması mümkündür.

Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Ryazandakı bazaya endirilmiş zərbə nəticəsində 3 hərbi qulluqçu həlak olub.

Zərbələr hərbi obyektlərə endirilsə də, Moskva onları “terrorçu hücum” kimi səciyyələndirib.

The New York Times Ukraynanın vəzifəli rəsmilərindən birinə istinadla yazır ki, dekabrın 5-dəki hücumlar zamanı dronlar Ukrayna ərazisindən buraxılıb və zərbələrdən azı birini Ukraynanın bazanın yaxınlığında gizlənmiş xüsusi təyinatlı birləşməsi yönləndirib.

“Siqaret çəkməyin ziyanı”

Bununla belə Ukrayna Rusiyanın ərazisdində baş verən hücumlara görə məsuliyyəti bir qayda olaraq üzərinə götürmür.

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bu zərbələr barədə suala ənənəvi zarafatla cavab verib.

O deyib ki, insidentlər baş vermiş Rusiya bazalarında ehtimalən kimlərsə qadağan olunmuş sahədə siqaret çəkiblər.

Ukrayna prezidentinin müşavirlərindən Oleksiy Arestoviç deyib ki, Engels aerodromu Rusiyanın nəhəng bombardmançı təyyarələri üçün düzəldilmiş yeganə bazadır:

“İndi onlar təyyarələri müxtəlif aerodromlara dağıtmağa çalışacaqlar, amma bütün bunlar onların Ukraynaya hücum qabiliyyətini xeyli mürəkkəbləşdirəcək. Biz uğursuz siqaret çəkənlərin sayəsində çox böyük uğur əldə etmişik”.

Rusiyalı şərhçilər sosial media şəbəkələrində yazırlar ki, əgər Ukrayna Rusiya ərazisinin belə məsafədə dərinliyini vura bilirsə, Moskvaya da zərbə endirilməsi mümkündür.

Ukrayna 70 raketdən 60-nı vurduğunu deyir

Rusiyanın Engels hərbi hava bazasında yerləşdirdiyi nəhəng uzaqmənzilli Tupolev strateji bombardmançıları olun starteji nüvə cəbbəxanasının əsas hissəsidir.

Soyuq Müharibə illərində ABŞ özünün buna bənzər B-52 bombardmançılarını yerləşdirmişdi.

Rusiya oktyabrdan bəri Ukraynaya ağır hava zərbələrinin endirilməsi üçün məhz Engels bazasındakı təyyarələrdən istifadə edirdi.

Saratov şəhəri yaxınlığındakı Engels bazası Ukrayna sərhədindən azı 600 kilometr aralıdadır.

Rusiya dekabrın 5-də dron zərbələrinə Ukrayna boyunca ağır raket zərbələri endirməklə cavab verib.

Rusiyanın raket zərbələri bir çox ərazilərdə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Amma Reuters yazır ki, bu zərbələrin şiddəti ötən aydakından xeyli az olub.

Ukrayna bildirir ki, onun hərbi hava qüvvələri Rusiyanın atdığı 70 raketdən 60-nı göydə vurub.

“Onlar bir şeyi başa düşmürlər ki…”

Ukrayna hökuməti sakinlərə xəbərdarlıq edib ki, elektrik enerjisinin verilməsi yenə də fasiləli əsasa keçirilə bilər.

Prezident Volodimir Zelenski deyib ki, Rusiyanın son raket zərbələrində azı dörd nəfər həlak olub.

Rusiya “xüsusi əməliyyat” adlandırdığı bu müharibədə mülki infrastruktura zərbələr endirməsinə haqq qazandırır.

Lakin Ukraynanın müdafiə naziri Reznikov deyib:

“Onlar bir şeyi başa düşmürlər ki, belə raket zərbələri bizim müqavimətimizi yalnız gücləndirir. Bununla yanaşı bizim partnyorlarımızın bizə dəstəyi də artır”.

ABŞ-ın dövlət katibi Entoni Blinken deyib ki, “Rusiyanın Ukrayna xalqını əllərini qaldırmağa məcbur etmək üçün əl atdığı qambit baş tutmayacaq”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ukrayna vertolyotları Rusiyada neft bazasına zərbələr endirdi

    Ukrayna vertolyotları Rusiyada neft bazasına ...

    1-04-2022, 15:05

  • 
  • Türklər Putinin yaxın müttəfiqlərinə gözlənilməz raket zərbələri endirdilər — RUSİYA ŞOKDA!

    Türklər Putinin yaxın müttəfiqlərinə gözlənilməz ...

    19-02-2016, 16:23

  • 
  • Zelenski cəbhə bölgəsinə səfər edib, Ukrayna hərbçilərini qəhrəman adlandırıb

    Zelenski cəbhə bölgəsinə səfər edib, Ukrayna ...

    7-12-2022, 14:10

  • 
  • Üçüncü dünya müharibəsinin ilk addımları — ABŞ Suriyaya raket zərbəsi endirdi

    Üçüncü dünya müharibəsinin ilk addımları — ABŞ ...

    14-04-2018, 12:48

  • 
  • Zelenski cəbhə bölgəsinə səfər edib, Ukrayna hərbçilərini qəhrəman adlandırıb

    Zelenski cəbhə bölgəsinə səfər edib, Ukrayna ...

    7-12-2022, 09:50


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (24)
Sentyabr 2025 (559)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu