ABŞ Rusiyanın mühüm infrastruktura hava zərbələri fonunda Ukraynaya davamlı dəstək vəd etdiyi bir vaxt Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri bazar ertəsi keçirilən iclasda Rusiyaya qarşı yeni sanksiyaları və Ukrayna ordusuna yardım üçün daha çox pul ayırmağı nəzərdən keçirib.
Avropa İttifaqının təklif etdiyi paketdə Ukraynaya silah tədarükünün maliyyələşdirilməsinə təxminən 2,1 milyard dollar ayrılacağı nəzərdə tutulub.
Avropa İttifaqı Rusiyanın fevral ayında başlayan işğalına cavab olaraq bu ölkənin bəzi vətəndaşlarına və sənaye sahələrinə qarşı artıq səkkiz raund sanksiya tətbiq edib. Doqquzuncu raund hökumət rəsmiləri ilə yanaşı, Rusiyanın müdafiə və bank sənayesini əhatə edəcək.
ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Volodimir Zelenski ilə bazar günü telefonla danışıb.
Ağ Evin bəyanatında deyilib ki, Bayden "ABŞ-ın Ukraynaya təhlükəsizlik, iqtisadi və humanitar yardım göstərməyə, müharibə cinayətlərinə və vəhşiliklərinə görə Rusiyanın məsuliyyətə cəlb edilməsi üçün xərclər çəkməyə davam etmək öhdəliyini bir daha təsdiqləyib".
Fransa prezidenti Emmanuel Makron Zelenski ilə söhbətindən sonra deyib ki, Ukrayna "suverenliyinin və ərazi bütövlüyünün tam bərpası üçün lazım olan müddət" Fransanın dəstəyinə arxalana bilər.
Zelenski bazar günü Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanla Ukraynanın üç limanından taxıl ixrac edə bildiyi Qara Dəniz Taxıl Təşəbbüsünün genişləndirilməsi perspektivi barədə də danışdığını bildirib.
BMT-nin yardım üzrə komissarı Martin Qriffits Ukraynaya dörd günlük səfərə başlayıb. Səfəri zamanı o, Rusiyanın hücumları nəticəsində didərgin düşmüş insanların yerləşdirildiyi sığınacaqları görmək üçün Nikolayivdə, eləcə də yerli rəsmilərin və BMT-nin evlərində istiliyi, elektriki və suyu olmayan insanları istiliklə necə təmin etdiyini görmək üçün Xersonda dayanacaq.
BMT-nin bəyanatında deyilib ki, Qriffits "qışın dondurucu havası və infrastrukturun zədələnməsi nəticəsində yaranan humanitar reaksiyanın və yeni problemlərin təsirini görəcək".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?