GundemXeber.Az bildirir ki, Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) Çad səhrasında dördü uşaq olmaqla 27 miqrantın susuzluqdan öldüyünü açıqlayıb.
"Yük maşınının səhranın dərinliklərində itdiyi, mexaniki nasazlıqlar səbəbindən xarab olduğu və miqrantların sonradan susuzluqdan öldüyü güman edilir", - Beynəlxalq Miqrasiya Təşkilatının bəyanatında deyilir.
BMT-nin Çad missiyasının rəhbəri Anne Katrin Şefer qeyd edib ki, “daha da ölüm hallarının qarşısını almaq üçün daha güclü kollektiv fəaliyyəti lazımdır”.
"Biz bu son faciəyə görə dərindən kədərlənirik və miqrantların ailələrinə səmimi başsağlığımızı bildiririk", - Şefer bildirib.
“Etibarlı məlumatlara və təhlükəsiz miqrasiya marşrutlarına çıxış olmadan miqrantlar faciəli nəticələrlə dərin və təhlükəli səhradan keçərək riskli yollarla getməyə davam edəcəklər”, - bu haqda BMT missiyasının rəhbəri bildirib.
BMT-nin İtkin Miqrantlar Layihəsi 2014-cü ildən bəri Sahara səhrasından tranzit keçən 5600-dən çox insanın ölümünü və itkin düşməsini sənədləşdirib və bu il indiyədək 149 ölüm hadisəsi qeydə alınıb.
Sorğu
Yeni dizaynımız necədir?