FMX ilin sonunadək 1 milyon xarici vətəndaşı deportasiya etməyi planlayır
Rusiya Federal Miqrasiya Xidməti bundan sonra ölkədə miqrantların işə alınmasını bəzi yeni şərtlərə bağlamağ istəyir. ANS PRESS-in məlumatına görə, şirkətlərin işçi alarkən miqrantlara ən son növbədə müraciət etmələrini istəyən federal miqrasiya xidmətinin başçısı Konstantin Romadanovski "İnterfax" agentliyinə verdiyi müsahibədə, “Əvvəlcə iş yeri yaxınlığındakı məhəllə sakinlərinin işə götürməlidir. Əgər onlardan bu işə tələb olmazsa, o zaman Rusiya vətəndaşları alınmalıdır. Yox, əgər yenə də iş yeri boş galsa, iki ay gözlədikdən sonra miqrantlar işə alınmalıdır” deyib.
Belə bir praktikanın Avropa ölkələrində də tətbiq edildiyini və başlıca məqsədin yerli xalqın mənfetlerini gorumağ olduğunu deyen Romadanovski “Məncə velosipedi yenidən ixtira etməyin bir mənası yoxdur. Avropa ölkələrinin bu məsələdəki təcrübələrindən faydalanmalıyıq. Hamı Rusiyaya həddinden artıq xarici vətəndaşın gəlməsindən şikayət edir. Əsas problem əisə onların Rusiyanı vaxtında tərk etməmələridir” şəklində görüşünü bildirib.
Federal Migratsiya Xidməti bu ilin sonunadək müxtəlif qanun pozuntlarına qarışan 1 milyon xarici vətəndaşı deportasiya etməyi planlayır. Rəsmi rəqəmlərə görə 2013 ilinin ilk yarısında Rusiyaya 10 milyon miqrantın gəldiyi açıqlanırkən, bunun keçən illə müqayisədə 12 faiz, üç il öncəsiylə müqayisədə isə 37 faiz artım anlamına gəldyi bildirildi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?