Ermənistanı özünü elan etmiş “Dağlıq Qarabağ respublikası” ilə birləşdirən Laçın dəhlizi gərginliyin yeni fonunda Ermənistan və Azərbaycan hökumətləri cümə axşamı ümumi sərhəddə atışma ilə bağlı ittihamlar mübadiləsi aparıblar.
Ermənistan Müdafiə Nazirliyi bildirir ki, “dekabrın 15-də saat 01:10 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Norabak və Sraşendə ermənilərin döyüş mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutublar”.
“Ermənistan tərəfində heç bir itki yoxdur” deyən qurumun saytında yerləşdirilən bəyanatda deyilir ki, hazırda “Ermənistan-Azərbaycan sərhədi zonasında vəziyyət nisbətən sabitdir”.
Azərbaycan Müdafiə Nazirliyi öz növbəsində Ermənistan qoşunlarının çərşənbə günü gecə saatlarında Kəlbəcər rayonu və Laçın ərazisini atəşə tutduğunu bildirib.
“Dekabrın 15-də yerli vaxtla saat 8:15-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar”. Bu istiqamətlərdə yerləşən Azərbaycan Ordusunun bölmələri müvafiq cavab tədbirləri görüb.
BMT-nin baş katibi Antonio Quterreş çərşənbə günü Laçında yaranmış gərginliklə bağlı narahatlığını ifadə edib və tərəfləri “əvvəlcədən əldə olunmuş razılaşmalara uyğun olaraq gərginliyi azaltmağa, dəhliz boyu hərəkət azadlığı və təhlükəsizliyini təmin etməyə” çağırıb.
GundemXeber.Az bildirir ki, Azərbaycan tərəfi Ermənistan hərbi birləşmələrinin Rusiyanın sülhməramlılarına arxayın olaraq, ərazidə ekologiyanın pozulmasına şərait yaratdıqlarını və mütəmadi olaraq atəşkəsin pozulmasını əsas gətirərək Laçın-Xankəndi yolundakı dinc aksiyanın dayandırılmasının mümkünsüz olduğunu bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?