“Saakaşvilinin videosu onun razılığı olmadan paylaşılıb”.
Gundemxeber.Az xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuradze deyib:
Vəkilin sözlərinə görə, ötən gün eks-prezidentin şəxsi məlumatlarını ictimailəşdirdiyinə görə, Penitensiar Xidmətə qarşı şikayət ediləcək.
Qeyd edək ki, ötən gün Penitensiar Xidmət eks-prezident Mixail Saakşvilinin müxtəlif vaxtlarda qeydə alınan video görüntülərini ictimaiyyətə təqdim edib. Kadrlar 9 avqust, 4 oktyabr, 6 oktyabr və 12 dekabr tarixlərinə aiddir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?