İranda həbsdə olan onlarla rejim əleyhdarı etirazçı "Allaha qarşı müharibə" apardıqları üçün edam olunacaq. GundemXeber.Az-ın iranlılardan əldə etdiyi məlumatda qeyd olunur ki, hüquqşünaslar və tanınmış şiə alimləri məhkəmə sistemini kəskin tənqid ediblər.
İmam Sadiq Universitetində keçirilən son tədbirdə cinayət hüququ professoru Möhsün Borhani "Məhkəmə etibarını itirir" deyə xəbərdarlıq edib.
İran hakimiyyəti son aylarda ölkənin islami ruhani idarəsini sarsıdan ümummilli iğtişaşlarla əlaqədar indiyədək iki gənc etirazçını edam edib.
Ədliyyə orqanlarının Mizan Online xəbər agentliyinin ötən həftə verdiyi məlumata görə, 23 yaşlı Məcidreza Rəhnavard ölkənin şimal-şərqindəki Məşhəd şəhərində iki təhlükəsizlik qüvvələri üzvünü bıçaqla öldürdüyünə görə məhkəmə tərəfindən edam cəzasına məhkum edildikdən sonra ictimaiyyət qarşısında asılıb.
Dörd gün əvvəl İran təhlükəsizlik qüvvələrinin bir üzvünü yaraladığı üçün 23 yaşlı Möhsün Şəkərini edam edib. Bu, etirazçıya qarşı ölüm hökmünün tətbiqi ilə bağlı elan edilmiş ilk hadisə idi.
Səlahiyyətlilər, həmçinin İranın şəriətinə və ya İslam qanunlarına görə ölüm cəzasını nəzərdə tutan "möhürəbə" və ya "Allaha qarşı müharibə" ittihamı ilə məhkum olunduqlarını söylədi. Məhkəmə sistemi onlarla başqa etirazçıları Allaha qarşı müharibədə ittiham edir.
İranlı şiə alimi və Qum Seminariya Müəllimləri Cəmiyyətinin sədr müavini Ayətullah Morteza Moghtadai dekabrın 12-də ölkənin ILNA xəbər agentliyinə bildirib ki, etirazçılar Allaha və İslam nizamına qarşı müharibə aparmırlar.
Moghtadai İran Ədalət Məhkəməsinin keçmiş sədridir və şiə müsəlmanları üçün müqəddəs olan Qum şəhərindəki ilahiyyat seminariyasında dərs deyir. "Etirazçılar öz hüquqlarını müdafiə edirdilər. Lakin təhlükəsizlik qüvvələri onların hüquqlarını həyata keçirməsinə mane oldu".
Sorğu
Yeni dizaynımız necədir?