GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Kreml Kyiv və Vaşinqtonu Rusiyanın narahatlıqlarına məhəl qoymamaqda ittiham edir

Kreml Kyiv və Vaşinqtonu Rusiyanın narahatlıqlarına məhəl qoymamaqda ittiham edir

Tarix: 24-12-2022, 11:52 Bölmə :Dünya Baxış: 222


Kreml cümə axşamı Kyiv və Vaşinqtonu onun narahatlıqlarına məhəl qoymamaqda günahlandırıb və ABŞ-ı Rusiyanı zəiflətmək üçün Ukraynadan döyüş meydanı kimi istifadə etməkdə ittiham edib.

Bu, prezident Vladimir Putinin Rusiyanın döyüşləri tez bir zamanda dayandırmaq niyyətində olduğunu dediyi bir vaxt baş verib.

"Məqsədimiz bu münaqişəyə son qoymaqdır. Biz buna çalışırıq. Biz çalışacağıq ki, hər şey bitsin və nə qədər tez olsa, bir o qədər yaxşıdır," Putin jurnalistlərə deyib.

"Bütün münaqişələr bu və ya digər şəkildə danışıqlarla başa çatır. Bizim (Kyivdəki) rəqiblərimiz bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşı olar," Putin bildirib.

Moskva hərbi birliyinin komandirinin bildirdiyinə görə, Rusiya qüvvələri hazırda şərq Donetsk bölgəsində nəzarəti gücləndirməyə çalışır və döyüşlər dağılmış Baxmut şəhərində cərəyan edir.

Moskva rəsmiləri son aylarda dəfələrlə Ukrayna ilə danışıqları istisna etmədiklərini bildiriblər.

Onlar diplomatik kanalların bağlanmasında Putin hakimiyyətdə olduğu müddətdə danışıqlara getməyəcəyini deyən prezident Zelenskini günahlandırır.

Ukrayna lideri Vaşinqtona tarixi səfərindən qayıdıb. O, Konqresə ölkəsinin "ayaqda" olduğunu və onun dəstəyinin qlobal təhlükəsizliyə sərmayə olduğunu deyib.

Çərşənbə günü Zelenski ABŞ-a etdiyi ildırımsürətli səfərində qəhrəman kimi qarşılanıb və ABŞ prezidenti Co Baydenin ona ilk dəfə olaraq raketdən müdafiə "Patriot" sistemi də daxil olmaqla, hərbi təchizat üçün təxminən $1,8 milyard dollarlıq yardımı təqdim edib.

Putin bunun münaqişəni daha da dərinləşdirə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

"Bizimlə üz-üzə gələnlər bunun müdafiə silahı olduğunu deyirlər... Bunun qarşılığı həmişə tapılar," Putin deyib.

O, jurnalistlərə açıqlamasında "Bunu edən insanlar nahaq yerə belə edir. Bu, sadəcə, münaqişəni uzatmaqdır" deyib.

Bundan əvvəl Kreml Bayden və Zelenskinin "Rusiyanın narahatlığına" məhəl qoymadığını bildirib.

"Zelenskiyə Donbasın şəhər və kəndlərində yaşayış binalarının davamlı atəşə tutulması barədə xəbərdarlıqla bağlı bir kəlmə də eşidilməyib və heç bir real sülh çağırışı olmayıb," Rusiya prezidentin sözçüsü Dmitri Peskov bildirib.

Rusiya ordusunun komandanı Valeri Gerasimov deyib ki, rus qoşunları Donetskin "azad edilməsini başa çatdırmaq uğrunda döyüşür".

Şərqi Ukrayna bölgəsi Moskvanın ilhaq etdiyini iddia etdiyi dörd bölgədən biri olsa da, oraya heç vaxt tam nəzarət etməyib.

Gerasimov onu da əlavə edib ki, Rusiya Ukraynada ilk dəfə hipersəs raketlərindən, eləcə də Putinin "yenilməz" adlandırdığı silah arsenalının bir hissəsi olan "Kinjal" raketlərindən istifadə edib.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kiyev Rusiyanı yeni hücum hazırlamaqda ittiham edib

    Kiyev Rusiyanı yeni hücum hazırlamaqda ittiham ...

    16-12-2022, 14:59

  • 
  • Putin Rusiyanın ABŞ seçki kampaniyalarına müdaxiləsinə dair iddiaları rədd edib

    Putin Rusiyanın ABŞ seçki kampaniyalarına ...

    12-01-2018, 12:50

  • 
  • Putinin Əliyev hakimkiyyətinə qarşı məxfi planı

    Putinin Əliyev hakimkiyyətinə qarşı məxfi planı ...

    7-12-2012, 12:28

  • 
  • Kreml Zelenskinin sülh sazişi ilə bağlı “üç addımlı” təklifini rədd edir

    Kreml Zelenskinin sülh sazişi ilə bağlı “üç ...

    13-12-2022, 15:48

  • 
  • Türkiyənin Suriyaya hücumu Rusiyanın regionda nüfuzunu artıra bilər

    Türkiyənin Suriyaya hücumu Rusiyanın regionda ...

    11-10-2019, 11:29


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu