Gundemxeber.az » Dünya » “Bakılı balasının” 1 milyard dolları əlindən alındı
Anqolanın Ali Məhkəməsi maliyyə cinayətlərində şübhəli bilinən Anqolanın keçmiş prezidenti Xose Eduardo duş Santuşun böyük qızı İzabel duş Santuşun 1 milyard dollar dəyərində əmlakına həbs qoyulması barədə qərar çıxarıb.
Məhkəmə qərarını əsaslandıraraq qeyd edib ki, bu addım BMT-nin Korrupsiyaya qarşı Mübarizə Konvensiyası əsasında atılıb.
İzabel duş Santuşun xarici şirkətlər də daxil olmaqla, onlarla şirkətdəki payları həbs edilib. Tədbirlərin qabaqlayıcı xarakter daşıdığı vurğulanıb.
Qeyd edək ki, İzabel 1973-cü ildə Bakıda Anqolanın gələcək prezidenti, SSRİ-də təhsil almış Xose Eduardo duş Santuşun və onun birinci həyat yoldaşı Tatyananın ailəsində anadan olub. O, Anqola ilə birlikdə Rusiya vətəndaşlığına da malikdir. “Forbes” jurnalı 2020-ci ildə İzabelin şəxsi sərvətinin 2,2 milyard dollara çatdığını bildirib və onu müasir Afrikanın ən zəngin qadını adlandırıb.
Gundemxeber.az
9-01-2017, 20:40
13-06-2018, 11:27
24-05-2018, 22:44
9-04-2018, 19:53
31-12-2014, 17:57
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?