Gundemxeber.az bildirir ki, hadisə barədə dərhal dövlət başçısı Aleksandr Lukaşenkoya məlumat verilib.
Ukraynaya məxsus S-300 kompleksinin raketi cümə axşamı Belarus ərazisinə düşüb. Bu barədə BELTA agentliyi məlumat yayıb.
Hadisə səhər saat 10:00-11:00 radələrində baş verib. Hadisə ilə bağlı dərhal dövlət başçısı Aleksandr Lukaşenkoya məlumat verilib.
Agentliyin məlumatına görə, iki versiya nəzərdən keçirilir: “Polşada baş vermiş son insidentə bənzər raket Belarus ərazisinə düşüb” və raket respublikanın hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti nəticəsində vurulub.
Belarus Müdafiə Nazirliyindən verilən məlumata görə, raket Brest vilayətinin İvanovo kəndi yaxınlığında düşüb. Hadisə yerində İstintaq Komitəsinin, Daxili İşlər Nazirliyinin və müdafiə idarəsinin mütəxəssisləri işləyir. Hazırda zərərçəkənlər barədə məlumat yoxdur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?