GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Xristian dindarlardan Laçın yolundakı aksiya ilə bağlı BƏYANAT

Xristian dindarlardan Laçın yolundakı aksiya ilə bağlı BƏYANAT

Tarix: 30-12-2022, 11:46 Bölmə :Dünya Baxış: 279

Azərbaycanda fəaliyyət göstərən protestant xristian dini icma rəhbərləri bəyanat yayıblar.

Gundemxeber.az xəbər verir ki, bəyanatda deyilir:


“Biz, Azərbaycanda fəaliyyət göstərən protestant xristian dini icmalarının rəsmiləri, rəhbərlik etdiyimiz icmaların azad iradəsini ifadə edərək, postmüharibə dövründə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan torpaqlarında ekoloji terrora və təbii ehtiyatların qanunsuz istismarına dinc etiraz aksiyası ilə əlaqədar Ermənistanın siyasi və dini rəhbərliyinin beynəlxalq ictimai fikri çaşdırmaq, yanlış istiqamətdə yönləndirmək məqsədilə apardığı təbliğat kampaniyasına qəti şəkildə etiraz edirik.

Bildiririk ki, ölkəmizin qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, ziyalıların, gənclərin, ekoloqların, jurnalistlərin və könüllülərin iştirakı ilə “Ekoloji terrora son!” şüarı ilə təşkil olunan dinc aksiya Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazisi olan Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilir. Bu mənada Ermənistan tərəfinin beynəlxalq ictimaiyyətə başqa bir ölkənin sərhədləri daxilində təşkil olunmuş aksiyaya görə etiraz məktubları, bəyanatları göndərməsi, ümumiyyətlə hər hansı münasibət bildirməsi absurddur. Təbəddülatlarla dolu keçən son 30 ildə dünyanın müxtəlif ölkələri tərəfindən aparılan elmi araşdırmalar, təhlillər bəşəriyyətin tezliklə böyük ekoloji böhranla qarşılaşacağına dair SOS siqnalı verməkdə ikən bir qrup azərbaycanlının öz dədə-baba torpaqlarında “ekoloji terrora yox!” deməsinə dəstək verilməsi lazım olduğu halda biz yenə ölkəmizə qarşı ikili standartın tətbiq olunduğunu görür və bundan dərin təəssüf hissi keçiririk.

Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçılıq siyasətinin, vandallıq və ekoloji terrorun nəticələri haqqında Azərbaycan tərəfinin dünya ictimaiyyətini dəfələrlə məlumatlandırmasına baxmayaraq, indiyədək təcavüzkar ölkəyə qarşı nə bir sanksiya tətbiq edilib, nə də hər hansı tədbir görülüb. Rəşadətli Azərbaycan Ordusunun möhtəşəm qələbəsindən sonra Azərbaycan dövlətinin ortaya çıxardığı faktlar tükürpədicidir, ermənilərin təkcə insanlığa deyil, həm də təbiətə qarşı düşmən mövqedə olduqlarının bariz sübutudur.

İşğal dövründə ölkəmizin flora və faunasına ciddi zərər vurulub, hektarlarla torpaq və meşə zolaqları yandırılıb, su hövzələri zəhərlənib, şəhər və kəndlərimiz yerlə yeksan edilib, basdırılmış saysız-hesabsız minalar ucbatından insanlarımızın doğma torpaqlarına qayıdışı ləngiyir, müharibədən sonra yüzlərlə mülki vətəndaş mina terrorunun qurbanına çevrilib. İşğal illərində məscidlər, məbədlər, qəbiristanlar, tarixi abidələr, muzeylər, kitabxanalar dağıdılıb, talan olunub, alban kilsələri və pravoslav kilsələri dağıdılıb və ya qriqoryanlaşdırılıb. Ancaq nədənsə özünü dünyanın jandarmı kimi aparan ölkələr, beynəlxalq təşkilatlar bunları görmür, azərbaycanlıların təbii sərvətlərin talanmasına və ekologiyaya ziyan vurulmasına qarşı şüarlarla keçirilən dinc xarakterli aksiyasına “humanitar böhran” yarlığı vururlar. Halbuki Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarının humanitar problemlərini, müraciətlərini operativ şəkildə həll etməyə hazırdır və hətta bunun üçün “qaynar xətt” də yaradılıb.

Digər tərəfdən, aksiya keçirilən yerdən günlərdir çəkilən videokadrlardan da aydın görünür ki, aksiyaçılar humanitar yük daşıyan və təcili tibbi yardım maşınlarının sərbəst hərəkət edə bilmələri üçün hər hansı maneə törətmir, əksinə, lazımi şərait yaradırlar. Bütün bunlar Azərbaycan xalqının geninə hopmuş humanizmin, sülhpərvərliyin, dövlət rəhbərliyinin sülhsevər siyasətinin göstəricisi olduğu halda, erməni kilsəsinin guya sözügedən aksiyanın Azərbaycanın etnik təmizləmə siyasətinin bir hissəsi olduğunu dünyaya car çəkməsi riyakarlıqdan, ikiüzlülükdən başqa bir şey deyildir. Azərbaycan dövlətinin öz ərazisindəki Laçın yolu ilə bağlı mövqeyi birmənalıdır və dəfələrlə dilə gətirilib: bu yol hərbi və ya hər hansı qanunsuz fəaliyyətlər üçün deyil, yalnız mülki-humanitar məqsədlər üçün istifadə oluna bilər.

Biz, Azərbaycanda fəaliyyət göstərən protestant xristian dini icmalarının rəhbərləri, bu bəyanatımızla dünya birliyini, beynəlxalq təşkilatları, nəhayət, ikili standartlardan əl çəkərək həqiqəti görməyə, Azərbaycanın suverenliyinə hörmətlə yanaşmağa, onun suveren ərazisində separatizmə dəstək verməyə deyil, son qoyulmasına yardımçı olmağa, Uca Tanrının hamımıza bəxş etdiyi təbii sərvətlərin talanmasına və törədilən ekoloji cinayətlərə qarşı birgə qətiyyətli mövqe nümayiş etdirməyə çağırırıq!”

Bəyanatı aşağıdakı dini rəhbərlər imzalayıb:

Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri Rasim Xəlilov

“Vineyard Azərbaycan” xristian dini icmasının sədri Emil Pənahov

Bakı şəhəri “Alov” xristian dini icmasının sədri İdris Məmmədov

Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icmasının sədri Samir Sadıqov

Bakı şəhəri Nəsimi rayonu “Həyatverici Lütf” xristian dini icmasının sədri Elşən Hüseynzadə

Bakı şəhəri “Molokan ruhani-xristian” dini icmasının sədri Valeriy Katkov

Bakı şəhəri Nərimanov rayounu “Yeddinci günün adventistləri” dini icmasının sədri Mahir Verdiyev

Bakı şəhəri “Yeni Apostol” xristian dini icmasının sədri Svetlana Stepanova

Xilaskar Yevangelik-Lüteranların Bakı dini icmasının sədri Vera Nesterova

“Yeni Həyat” Xristian İncil dini icmasının sədri Lyudmila İbrahimova

“Həyat Sözü” dini icmasının sədri Yusif Fərhadov

“Şərqdə Ulduz” Xristian İncil dini icmasının sədri Roman Jmurov.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

    Prezident İlham Əliyev Azərbaycanın pravoslav ...

    5-01-2017, 22:49

  • 
  • Xankəndi yolunda aksiya iştirakçılarının sayı artır: İctimai fəalların axını başladı - YENİLƏNİB + CANLI YAYIM

    Xankəndi yolunda aksiya iştirakçılarının sayı ...

    13-12-2022, 10:15

  • 
  • Vətəndaş cəmiyyəti institutlarının etiraz bəyanatı

    Vətəndaş cəmiyyəti institutlarının etiraz bəyanatı ...

    10-02-2013, 11:34

  • 
  • Ermənistan səfirliyi qarşısında etiraz aksiyası

    Ermənistan səfirliyi qarşısında etiraz aksiyası ...

    8-04-2016, 11:17

  • 
  • Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on bir gündür davam edir

    Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası ...

    22-12-2022, 10:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (461)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu