Gundemxeber.az » Dünya » Hindistan G20 sammitinə Ukraynanı niyə dəvət etmədi?
Hindistan 2023-cü ilin sentyabrında Yeni Dehlidə keçiriləcək G20 sammitinə Ukraynanı dəvət etməyib.
Gundemxeber.az bildirir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Arindam Bağçı məlumat verib.
“Dəvət etməyi planlaşdırdığımız G20 üzvləri və xüsusi dəvət olunmuş ölkələr açıqlanıb. Ukraynanın bu siyahıda olduğunu düşünmürəm”, – Bağçı brifinq zamanı deyib.
Hindistan Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, əgər nəsə dəyişərsə, bu barədə məlumat verəcək.
Xatırladaq ki, G20-nin bu günə qədərki sonuncu sammiti 15 və 16 noyabr 2022-ci il tarixlərində İndoneziyanın Bali adasında keçirilib. Ukraynanın G20-yə daxil olmamasına baxmayaraq, ölkə liderinin videobağlantı vasitəsilə çıxışına icazə verilib.
GUNDEMXEBER.AZ
1-07-2019, 11:02
23-07-2018, 10:36
16-11-2015, 12:52
7-07-2017, 14:54
2-12-2018, 00:06
Sorğu
Yeni dizaynımız necədir?