Gundemxeber.az » Dünya » Erməni tərəfi Azərbaycanın Qarabağ sakinini geri qaytardığını təsdiqləyib
Yanvarın 1-də Çartar qəsəbəsinin sakini Toros Kazaryan mal-qara otararkən yoxa çıxıb. Sonra onun axtarışına başlanılıb. Axtarışa sülhməramlılar cəlb olunub, eyni zamanda Azərbaycan tərəflə danışıqlar aparılıb. Yanvarın 8-də Kazaryan sülhməramlılara təhvil verilib. Bu barədə Ermənistan KİV-in məlumatında deyilir.
Erməni tərəfi Kazaryanın özünün Azərbaycan tərəfinə keçərək yemək və siqaret istəməsilə bağlı Bakının versiyasını inkar edir, lakin onun hansı səbəbdən oraya getdiyini açıqlamır.
Qeyd edək ki, Azərbaycanın rəsmi strukturları bununla bağlı məlumat verməyiblər. Bu barədə məlumat Şuşa yaxınlığındakı postda Kazaryanın erməni tərəfə verilməsini müşahidə edən KİV-dən daxil olub.
Gundemxeber.az
19-07-2018, 12:40
27-02-2019, 17:02
3-01-2015, 22:58
2-02-2014, 13:03
2-02-2014, 00:18
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?