GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Krımda əmlak ucuzlaşır – Su qiymətinə satılır

Krımda əmlak ucuzlaşır – Su qiymətinə satılır

Tarix: 9-01-2023, 23:00 Bölmə :Dünya Baxış: 89


Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra rusiyalılar orada fəal şəkildə əmlak almağa başladılar. Ancaq 2022-ci il fevralın sonunda Rusiya Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlayandan bu tendensiya zəifləyib, daşınmaz əmlakın qiyməti bir il ərzində 72 faiz düşüb.

Oktyabrda Krım körpüsünün bir hissəsi dağıdılnadan, bir ay sonra Xerson liman şəhəri Ukrayna qüvvələri tərəfindən azad ediləndən yarımadada əmlak satışı demək olar dayanıb

Krım işğal olunandan bəri 800 minədək rusiyalı Krıma həmişəlik köçmüşdü. Bir qisim isə orada tətil keçirmək, yaxud icarəyə vermək üçün mənzil, ev alırdı.

Artan, azalan qiymətlər

2022-ci ilin əvvəlində qiymətlər ilə 60 faizədək artmışdı. Bunda Rusiyanın təyin etdiyi orqanların bəzi qərarları da rol oynayırdı. Məsələn, ötən yay Sevastopoldakı qurumlar şəhərin yeni inkişaf planı qəbul edilənədək binalara lisenziya verilməsini təxirə salıb. Bazar buna dərhal reaksiya verib, şəhərdə bir kvadrat metrin qiyməti apreldə 85 min -95 min rubl ($1180-$1320) idisə, iki ay sonra 120 min rubla ($1670) yüksəlib.

Ötən iyunda isə Krımda daşınmaz əmlakın qiyməti bir il öncəylə müqayisədə 72 faiz düşüb. Bunu Idem konsaltinq şirkəti bildirir.

“Restate” rəqəmsal platformasının hesablamasına görə, mayda Sevastopolda yeni tikililərdə orta qiymət kvadrat metrə 207 min 300 rubl ($2,885) idisə, dekabrda 147 min 500 rubla ($2055) düşüb. Bu, altı ayın içində 29 faizlik azalma deməkdir. Ümumilikdə isə 2022-ci ildə Krımda evlərin qiymətində 10 faiz azalma qeydə alınıb. Ukraynada aparılan müharibənin vəziyyəti daha da ağırlaşdıracağı gözlənir.

Xaricdən tələb azalıb

“Xaricdən tələbat yoxdur, həm qiymətləri, həm də satışın həcmini əsasən bu amil artırırdı”, – “Analytical Corporate Group” daşınmaz əmlak marketinq tədqiqatları şirkətinin tərəfdaşı İlya Piçuyev deyir.

Piçuyevin fikrincə, Ukraynanın Krıma dron hücumları, sabotaj, havadan müdafiə fəaliyyəti nəticəsində çoxları müharibə zonasına yaxın əraziyə yatırım etmək istəmir.

Digər tərəfdən, Krımda getdikcə qeyri-müəyyən vəziyyət yaranır deyə, rusiyalıların çoxu, nəyin bahasına olursa-olsun, yerli daşınmaz əmlak bazarından getməyə çalışır.

Razılaşma zamanı qiymət 50 faizədək salınır

Rieltorlar əmlakın elanda qeyd olunan qiymətinin razılaşma vaxtı 50 faizədək salındığını deyirlər.

Bu isə bazarın bütün seqmentlərinə, dəbdəbəli daşınmaz əmlakdan tutmuş daha ucuz mülklərə qədər hər şeyə təsirini göstərir.

“Bizim kompleksdə ilboyu, payızadək mənzillər yaxşı satılırdı… oktyabrda tələb dayanıb. İlin sonunadək alış etmək istəyənlər gözləmək, planlarını Yeni ildən sonraya, hətta yazadək təxirə salmaq qərarına gəliblər”, – Yalta yaxınlığında kurort kompleksində marketinq direktoru İrina Romanova söyləyib.

“Buna siyasi mühit, bununla bağlı qeyri-müəyyənlik səbəb olub, yarımadaya əlverişli logistika da yoxdur. Hər kəs uzaqdan gəlib daşınmaz əmlak almağa hazır deyil, gəlib baxmağın özü də problemlidir, təyyarə reysləri yoxdur”, – o söyləyir.

Çəkindirici amillər

Rusiyalı investorları çəkindirən daha bir səbəb isə Kiyev yarımadaya nəzarəti bərpa edəcəyi halda onların sahiblik statusunun necə olacağıdır. Ukrayna hakimiyyəti açıq şəkildə bildirib ki, bu halda Krımda əmlak almış rusiyalıların çoxu onu itirəcəklər. Bu halda daşınmaz əmlak satışı üzrə kontraktlar ləğv edilə bilər.

Ekspertlərin proqnozuna görə, yarımada azad edilərsə, yerli məhkəmələr ukraynalılar üçün minlərlə belə ağrılı işə baxmalı olacaqlar. Söhbət Moskvanın işğalı dövründə Krımda əmlakını yenidən qeydiyyata saldıran, yaxud rusiyalılara əmlak satan ukraynalılardan gedir. Ekspertlər deyirlər ki, Ukrayna vətəndaşlarının bütün əmlakı qanuni sahiblərinə qaytarılmalı, itkilər kompensasiya olunmalıdır.


GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Krımda yaşayan azərbaycanlıların taleyi necə olacaq?

    Krımda yaşayan azərbaycanlıların taleyi necə ...

    2-04-2014, 11:24

  • 
  • Ukrayna Rusiyanın Krıma dəmiryol körpüsü ilə bağlı istintaq başladıb

    Ukrayna Rusiyanın Krıma dəmiryol körpüsü ilə ...

    26-12-2019, 14:06

  • 
  • Ev alanlar və satanlar: bu xəbər sizin üçündür

    Ev alanlar və satanlar: bu xəbər sizin üçündür ...

    13-06-2016, 01:45

  • 
  • BMT: Krımda Rusiyanın işğalı altında insan haqlarının durumu kəskin pisləşib

    BMT: Krımda Rusiyanın işğalı altında insan ...

    26-09-2017, 09:33

  • 
  • Ev almaq istəyənlərin nəzərinə: Payızda...

    Ev almaq istəyənlərin nəzərinə: Payızda... ...

    9-08-2017, 11:48


Təqvim

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Mart 2023 (416)
Fevral 2023 (613)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu