GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ağır döyüşlərin getdiyi Ukraynanın Soledar şəhərindəki son durum açıqlanıb

Ağır döyüşlərin getdiyi Ukraynanın Soledar şəhərindəki son durum açıqlanıb

Tarix: 11-01-2023, 09:45 Bölmə :Dünya Baxış: 203


Ukrayna hərbçiləri və əsasən “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) muzdlularından ibarət Rusiya qüvvələri arasında şiddətli döyüşlərin getdiyi Ukraynanın Donetsk vilayətinin Soledar şəhərində son durum açıqlanıb.

Gundemxeber.az “Report”a istinadla bildirir ki, Ukrayna və Rusiya Baxmut yaxınlığında yerləşən Soledar şəhərinə (bir vaxtlar 10 000 nəfər əhalisi olub) nəzarət barədə ziddiyyətli bəyanatlar verirlər.

Belə ki, Ukrayna Prezidenti Ofisinin müşaviri Oleksiy Arestoviç Soledarın “vaqnerçilər”in iddia etdiyi kimi mühasirədə yox, “yarıməhatə”də olduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri şəhərin qərb və şimalında müdafiəni saxlayırlar. Bundan başqa, müşavir cənubdan Soledara aparan yolun Rusiya hərbçilərinin atəş nəzarəti altında olduğunu vurğulayıb. Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar isə şəhərdəki vəziyyətlə bağlı konkret bir şey deməyərək oradakı durumu “şiddətli döyüşlər” olaraq qiymətləndirib. Hazırda Baxmut cəbhəsindəki döyüşləri mütəmadi şəkildə geniş işıqlandıran hərbi jurnalist Yuri Butusov Rusiya teleqram kanallarının dezinformasiya yaydığını və Soledardakı Ukrayna hərbçilərinin mühasirəyə alınmadığını

qeyd edib.

Rəsmi Moskva Soledardakı son vəziyyətlə bağlı rəsmi açıqlama yaymasa da, Rusiyaya bağlı “Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojın şəhərin tam nəzarətə alındığını açıqlayıb. Üstəlik, dəstə başçısı həmin istiqamətdə yalnız “vaqnerçilər”in döyüşdüyünü vurğulaması yerli mətbuatda Rusiya Silahlı Qüvvələrinin hərəkətsizliyi kontekstində birmənalı qarşılanmayıb. Eyni zamanda, ölkənin dövlət agentliyi aralarında Y. Priqojının da olduğu “Vaqner” muzdlularının şəklini dərc edərək “Soledarın duz şaxtalarının azad olunduğunu” açıqlayıb. Bununla belə, dövlət agentliyinin yaydığı şəklin qurama olmasına işarə edən açıq mənbələr üzrə araşdırmaçı (OSINT) "Def Mon" resursu bu şəklin Donetsk vilayətinin Volodimirovka şəhərində çəkildiyini 

iddia edib. Diqqətçəkən məqamlardan biri də odur ki, daha öncə Qərb mətbuatında həmin şaxtaların Priqojının onları kommersiya məqsədləri üçün istifadə etmək niyyətində olduğuna dair məlumat yayılıb.

Qeyd edək ki, 2022-ci ilin avqustun 3-də başlayan Soledar uğrunda döyüşlər yanvar ayında şiddətlənib. Belə ki, rəsmi Moskavanın birtərəfli qaydada elan etdiyi “Milad atəşkəsi”ndə Ukrayna Ordusunun müdafiə xətti yarılıb. İşğalçı qüvvələr yanvarın 6-7-də şəhərin əhəmiyyətli hissəsini ələ keçirə bilib. Şəhərin işğalında Rusiyaya bağlı “Vaqner” özəl hərbi şirkətinin muzdluları fəal şəkildə iştirak edir.

“Vaqner” ÖHŞ rusiyalı sahibkar (eyni zamanda mətbuatda “Putinin aşpazı” kimi tanınır) Yevgeni Priqojın tərəfindən yaradılan və idarə olunan qeyri-dövlət yaraqlı qruplaşmasıdır.

2014-cü ildən qruplaşma Ukraynanın işğal altındakı bölgələrində, daha sonra isə Suriyada Bəşşar Əsədə sadiq qüvvələrin nəzarət etdiyi ərazilərdə fəaliyyət göstərir. 2017-ci ilin iyun ayında “Vaqner” ÖHŞ ABŞ-ın sanksiya siyahısına daxil edilib. 2021-ci ilin dekabrında Avropa İttifaqı qruplaşmanı Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməkdə, Suriya və Liviyada sabitliyi, habelə insan haqlarını kobud şəkildə pozmaqda ittiham edərək ÖHŞ-yə sanksiyalar tətbiq edib. 2022-ci ilin martın 8-də, yəni Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Yaponiya da qruplaşmaya qarşı sanksiyalar tətbiq edib. BMT və Fransa “Vaqner” muzdlularını Mərkəzi Afrika Respublikasında zorlama və quldurluqda ittiham edir.

Qrup ağır texnika, artilleriya və hərbi aviasiya ilə silahlanıb.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ukraynanın şərqində ağır döyüşlər gedir - VİDEO

    Ukraynanın şərqində ağır döyüşlər gedir - VİDEO ...

    18-02-2020, 11:33

  • 
  • Ukrayna Rusiyanı dəf edib

    Ukrayna Rusiyanı dəf edib ...

    22-12-2022, 21:09

  • 
  • Ukrayna ordusunun qərargahı: döyüşlər dayandı, mövqelərimizi əldən vermədik

    Ukrayna ordusunun qərargahı: döyüşlər dayandı, ...

    18-02-2020, 12:55

  • 
  • Ukrayna atəşkəsə gedir

    Ukrayna atəşkəsə gedir ...

    3-09-2014, 13:43

  • 
  • Donetskdə atışma: Ukrayna ordusu itki verdi

    Donetskdə atışma: Ukrayna ordusu itki verdi ...

    9-10-2016, 17:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu