Ağ Evin nümayəndələri və Yaponiya hakimiyyət orqanlarının birgə yaydıqları bəyanata görə, Vaşinqton xüsusilə nüvə silahının köməyi ilə Tokionun təhlükəsizliyini qorumaq niyyətindədir.
Tərəflər iki ölkənin xarici siyasət və hərbi idarə rəhbərləri arasında keçirilən danışıqlar zamanı belə bir qərara gəliblər.
“Birləşmiş Ştatlar Yaponiyanın müdafiəsinə sarsılmaz sadiqliyini bir daha bəyan edir. Bu məsələdə biz nüvə də daxil olmaqla bütün hərbi potensial vasitələrdən istifadə etməklə Qarşılıqlı Əməkdaşlıq və Təhlükəsizlik Zəmanətləri haqqında Müqavilənin beşinci maddəsini rəhbər tuturuq”, - deyə məlumatda bildirilir.
Söhbət tərəflərin hər birinin müttəfiqinə qarşı hər hansı hərbi təcavüzü öz ölkəsinin təhlükəsizliyinə təhdid kimi qiymətləndirdiyi müqavilədən gedir.
Sorğu
Yeni dizaynımız necədir?