Belarus bazar ertəsi müxalifət lideri Sviatlana Tixanovskayanın işinin qiyabi icraat qaydasında baxmağa başlayıb. Bu barədə dövlətə məxsus Belta xəbər agentliyi məlumat verib.
Gundemxeber.az bildirir ki, Tixanovksaya 2020-ci ildə Lukaşenkonun yenidən prezindent seçilməsi ilə nəticələnən və seçi saxtakarlığı iddiası ilə kütləvi etirazlara səbəb olan 2020-ci il prezident seçkilərində prezident Aleksandr Lukaşenko ilə qarşılaşdıqdan sonra Belarusdan qaçıb.
İsveçrədə KİV-lərə açıqlama verən Tixanovskaya məhkəmə işini “fars” adlandırıb və deyib ki, ona məhkəmə sənədlərinə çıxış verilməyib.
Ona qarşı sürülən ittihamlara dövlətə xəyanət, hakimiyyəti ələ keçirmək üçün sui-qəsd etmək və ekstremist təşkilata rəhbərlik etmək daxildir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?