Gundemxeber.az » Dünya » İranın keçmiş prezidentinin oğlu azad edildi
İranın keçmiş Prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin 53 yaşlı oğlu Mehdi Haşimi Rəfsəncani 7 il həbsdə qaldıqdan, məhkəmənin kəsdiyi cəriməni ödədikdən və şallaqlandıqdan sonra azadlığa buraxılıb.
Gundemxeber.az xəbər verir ki, onun cəzasının çəkilməmiş hissəsi şərti cəza ilə əvəzlənibQeyd edək ki, Mehdi Haşimi Rəfsəncani 2015-ci ildə 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.
O və bacısı Faizə Haşimi Rəfsəncani ölkədə iğtişaş yaratmaqda, 2009-cu ilin iyununda prezident seçkilərinin nəticələrinə qarşı irimiqyaslı aksiyalar təşkil etməkdə, Böyük Britaniyanın xeyirinə casusluq etməkdə ittiham olunublar. Keçmiş dövlət başçısının oğlu M.H.Rəfsəncaninin adı həmçinin Norveçin “Statoil” neft şirkəti ilə qanunsuz müqavilələrin imzalanmasında və 30 milyon dollarlıq korrupsiyada hallanıb. Bu işi “Statoil” korrupsiya işi” də adlandırırlar.
Norveçin hüquq-mühafizə orqanlarının rəsmi ittihamına görə, “Statoil” neft müqavilələrinin imzalanmasını təmin etmək üçün İrandakı mühüm siyasi fiqurlara, habelə o vaxt İran Neft Şirkətində beynəlxalq əlaqələr idarəsinə rəhbərlik edən M.H.Rəfsəncaniyə 15,2 milyon dollar ödəyib.
Korrupsiya qalmaqalı 2003-cü il sentyabrın 3-də Norveçin “Dagens Næringsliv” qəzeti tərəfindən ifşa edilmişdi. Bu iş Qərb mediasında səs-küy salsa və “Statoil” Norveç məhkəmələri tərəfindən təqsirli bilinsə də, İran tərəfi M.H.Rəfsəncani cəzalandırmamışdı.
O, daha çox 2009-cu ildə atasının da iştirak etdiyi Prezident seçkisində aksiyaların təşkilinə görə ittiham olunub.
Qeyd edək ki, Əli Əkbər Haşimi Rəfsəncani 1989-cu il avqustun 3-dən 1997-ci il avqustun 2-dək İran Prezidenti olub. O, 2017-ci ilin yanvarında 82 yaşında dünyasını dəyişib.
GUNDEEMXEBER.AZ
11-01-2017, 01:22
8-01-2017, 22:32
18-04-2014, 10:04
12-05-2022, 10:46
5-04-2018, 20:56
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?