GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ukraynaya “Leopard 2” tankları veriləcəkmi?

Ukraynaya “Leopard 2” tankları veriləcəkmi?

Tarix: 19-01-2023, 12:49 Bölmə :Dünya Baxış: 65


Almaniya Kansleri Olaf Şolts təzyiqlərlə üz-üzədir. Ondan Ukraynaya “Leopard 2” döyüş tanklarının verilməsini və Kiyevə beynəlxalq hərbi yardımın artırılmasını dəstəkləmək tələb olunur.

Gundemxeber.az bildirir ki, bu vaxta qədər bu addıma müqavimət göstərən Almaniya bu fikirdədir ki, Qərb tankları yalnız Kiyevin əsas müttəfiqləri, xüsusən də ABŞ-la müqavilənin imzalanacağı halda Ukraynaya verilməlidirQərb rəsmiləri Ukraynanın özünümüdafiə gücünü dəstəkləməklə ona Rusiyaya hücum etmək, yaxud NATO-nu Rusiya ilə müharibəyə sürükləmək imkanı verməmək arasında tarazlığı saxlamağa çalışır.

“Leopard”ların ixracından ötrü Almaniya hökumətinin icazəsi lazımdır. Bu tanklara malik digər ölkələr Almaniyanın razılığı olmadan onları Ukraynaya göndərə bilməzlər.

Ən son vədlər nə olacaq

Bəzi alman rəsmiləri artıq Ukraynanın müttəfiqlərinin Almaniyanın Ramştayn şəhərində keçiriləcək görüşü öncəsi mövqelərinin yumşaldığı barədə siqnallar ötürüblər. Cümə günü keçiriləcək bu görüşdə hökumətlər özlərinin Kiyevə dəstəklə bağlı ən son vədlərini səsləndirəcəklər.

Vitse-Kansler Robert Habekin rəhbərlik etdiyi İqtisadiyyat Nazirliyi müdafiə xərclərinin təsdiqinə cavabdehdir. Habek ötən həftə deyib ki, Berlin Ukraynaya “Leopard” tankları göndərmək istəyən ölkələrin qarşısını kəsməməlidir.

Almaniyanın razılığı Ukraynaya “Leopard” tankları vermək istəyən koalisiya üzvlərinə yaşıl işıq yandırmaq demək olacaq. Polşa bu cür ölkələrdən biridir.

Niyə indiyədək Ukraynaya “Leopard” verilməyib

Hələlik, Şolts Habekin baxışlarını paylaşdığını, yaxud Almaniyanın öz “Leopard”larının bir hissəsini Ukraynaya göndərmək niyyətində olduğunu deməyib.

Bəs görəsən, Qərb nə üçün indiyədək Ukraynaya döyüş tankları verməyib? Qərb rəsmiləri müharibəyə birbaşa sürüklənmək təhlükəsindən narahatdırlar.

Moskva Ukraynaya silah verilməsini qınasa da, bunun Qərb üçün birbaşa hərbi nəticələri olmayıb. İndi hökumətlər Ukraynaya tank göndərmək fikrinə daha açıq baxmağa başlayıblar.

Bugünədək Ukrayna əsasən sovet dövründən qalma T-72 tankının müxtəlif növlərindən asılıdır.

Bəzi Qərb rəsmiləri başqa bir təhlükəni də vurğulayırlar: Rusiya və ya hətta Çin Ukraynada işlədilən müasir Qərb silahlarını ələ keçirə və beləliklə Qərb hərbi texnologiyasını oğurlaya bilər.

5 kilometrlik məsafəni vurur

“Leopard” Qərbin ən yaxşı tanklarından biri sayılır. Almaniyanın “Krauss-Maffei Wegmann” müdafiə şirkəti istehsalatın başladığı 1978-ci ildən bəri 3 min 500-dən çox “Leopard 2” tankı istehsal edib.

Çəkisi 60 tondan artıq olan bu tank 5 kilometrlik məsafədə hədəfləri vura bilir.

20-dək ölkənin arsenalında “Leopard 2” tankları var. Bu o deməkdir ki, bir neçə ölkə razılaşaraq öz tanklarının bir hissəsini Ukraynaya ötürə bilər.

Hərbi arsenalında “Leopard” tankları olan ölkələr arasında Kanada, Danimarka, Finlandiya, Niderland, Norveç, Avstriya, Polşa, İspaniya, İsveç və Türkiyənin də adları var.

“Leopard 2” ən çox istifadə olunan Qərb tanklarından biridir. Ancaq ümumən, Soyuq müharibənin bitməsindən 30 il sonra əksər Qərb ölkələrində tank və digər ağır silahların sayı məhduddur. Kommunizmin süqutundan sonra bir çox ölkələr ordularını kiçildiblər.

350 “Leopard 2”

Hazırda Almaniyanın 350-dək “Leopard 2” tankı var. “Müqayisə üçün qeyd edək ki, Soyuq müharibənin pik vaxtında bu ölkənin 4 minədək əsas döyüş tankı var idi”, – almaniyalı hərbi ekspert Karl Şultse deyir.

Eyni zamanda, tez bir zamanda çox sayda “Leopard 2” tankı almaq da mümkün deyil.

Almaniyanın müdafiə sənayesinə bu tankların ehtiyatda saxlanmaq üçün istehsalı yasaqlanıb. Yeni tanklar sifariş edən ölkələr onların hazırlanıb çatdırılmasından ötrü iki-üç il gözləməlidirlər.

Ekspertlər deyirlər ki, hətta istehsalat artırılsa belə, yeni tankların zavoddan buraxılması üçün azı iki il gözləmək lazım olacaq.

ABŞ-ın “Abrams” tanklarından daha qənaətli motora malik “Leopard 2” dizellə işləyir. Bu isə onun istismarını daha asan və qənaətli edir.


GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Olaf Şolts Ukraynaya tank çatdırılması barədə qərarı niyə yubadır?

    Olaf Şolts Ukraynaya tank çatdırılması barədə ...

    8-04-2022, 16:00

  • 
  • Polşa Ukraynaya "Leopard" tankları göndərməyə hazırdır

    Polşa Ukraynaya "Leopard" tankları ...

    12-01-2023, 15:01

  • 
  • Müharibə başladı: Rus tankları Ukraynaya girdi

    Müharibə başladı: Rus tankları Ukraynaya girdi ...

    23-11-2014, 01:00

  • 
  • NATO Ukraynaya əlavə hərbi dəstək verəcək

    NATO Ukraynaya əlavə hərbi dəstək verəcək ...

    27-06-2015, 05:35

  • 
  • Polşa Ukraynaya “Leopard” tankları bölüyü verəcək

    Polşa Ukraynaya “Leopard” tankları bölüyü verəcək ...

    12-01-2023, 09:46


Təqvim

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Mart 2023 (558)
Fevral 2023 (613)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu