İnsan haqları qrupunun bildirdiyinə görə, təhlükəsizlik qüvvələri yanvarın 20-də cümə namazından sonra İranın cənub-şərqindəki Zahedan şəhərində planlaşdırılan nümayişlərin qarşısını almaq üçün şəhərə gedən yolları bağlayıb.
Sistan və Bəlucistan vilayətinin sakinləri sentyabrın 30-dan, İslam Respublikası təhlükəsizlik qüvvələrinin sərt şəkildə yatıqmağa çalışdıqları nümayişlərin ölümlə nəticələnməsindən bəri hər cümə günü etiraz aksiyaları keçirir.
Zahedanda 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən həbsdə olarkən öldürülməsi və 15 nəfərin zorlanmasına qarşı yaranan iğtişaşlar "Qanlı Cümə" adlandırılan günlə - təhlükəsizlik qüvvələri tərəfindən təxminən 100 nəfərin qətli, yüzlərlə insanın yaralanması ilə nəticələnib.
Yanvarın 19-da "Bəluc Aktivistləri Kampaniyası" məlumatlı bir mənbəyə istinadən bildirib ki, hərbi qüvvələr şəhərdə nəzarət-buraxılış məntəqələri yaradıb və maneələr yaradaraq avtomobillərin hərəkətini çətinləşdirib.
"Rasad Bəlucistan" internet saytının bildirdiyinə görə, əsgərlər "super təhlükəsizlik tədbirləri" yaratmaqla, insanların Zahedandakı Böyük Məkki məscidi qarşısında keçiriləcək etiraz aksiyasına qatılmasının qarşısını almağa çalışır.
Keçən ay İran rejiminin tərəfdarı İslam İnqilabı Qüvvələri Koalisiya Şurası katibinin "Qanlı Cümə" günü qadın və uşaqların təsadüfən öldürüldüyünü etiraf etdiyi səs yazısı sızıb.
Daha əvvəl Fars xəbər agentliyindən sızan və "Qara Mükafat" haker qrupu tərəfindən dərc edilmiş başqa bir sənəddə Xameneyinin təhlükəsizlik və hərbi rəsmiləri hökumətin kəskin tənqidçisi, sünni müsəlman din xadimi Moləvi Əbdülhəmidi həbs etmək əvəzinə onu rüsvay etməyə çağırdığı aşkar edilib.
Fəalların HRANA xəbər agentliyi yanvarın 15-nə olan məlumata görə, genişmiqyaslı etirazları boğmağa çalışan təhlükəsizlik qüvvələrinin 70 azyaşlı olmaqla, azı 522 nəfəri öldürdüyünü bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?