GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Erməni deputat: “Danışıqlar hazırda ABŞ-ın vasitəçiliyi ilə aparılır”

Erməni deputat: “Danışıqlar hazırda ABŞ-ın vasitəçiliyi ilə aparılır”

Tarix: 20-01-2023, 16:39 Bölmə :Dünya Baxış: 195


“Ermənistan və Azərbaycan arasında sülh danışıqları hazırda ABŞ-ın vasitəçiliyi ilə aparılır”.

Azadlıq Radiosunun erməni xidməti – Azatutyun yazır ki, bunu Ermənistan Milli Məclisində hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Sarkis Xandanyan deyibDeputatın sözlərinə görə sülh müqaviləsinin layihəsi ABŞ-a təqdim olunub.

Azatutyun deputata istinadla yazır ki, sülh müqaviləsi layihəsinin mətni məlum deyil.

Məlum olan budur ki, Azərbaycan və Ermənistan məhz bu layihə mətni üzrə təkliflərini bir-birlərinə təqdim edirlər. Son dəfə təklifi Ermənistan təqdim edib.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iddia edir ki, Yerevan bu təklifə Bakıdan bir aydır ki, cavab gözləyir.

Millət vəkili Xandanyan deyib ki, sülh müqaviləsi danışıqlarının dalana dirənməsini demək hələ tezdir:

“Dünən sülh müqaviləsi ətrafında müzakirələrin davam etdiyini bildirməsiylə xarici işlər naziri də bunu təsdiqlədi”.

Azatutyun yazır ki, sülh müqaviləsi üzrə danışıqlar indiyədək üç platformada: Avropa İttifaqı, ABŞ və Rusiyanın vasitəçiliyi ilə aparılıb, amma noyabr ayından bəri iki ölkənin nə liderləri, nə də xarici işlər nazirlərinin görüşü olmayıb.

ABŞ, yoxsa Rusiya variantı?

Bu da qeyd olunur ki, sülh müqaviləsinin ABŞ və Rusiya variantlarının mətnləri rəsmən açıqlanmayıb.

Bu variantlar barədə ilk dəfə Rusiya prezidenti Vladimir Putin məlumat vermişdi.

Putin işarə etmişdi ki, müqavilənin ABŞ variantında Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi təsbitlənir.

Rusiya prezidenti buna da işarə etmişdi ki, Qarabağ məsələsinin Azərbaycan-Ermənistan sülh müqaviləsinə daxil edilməsi mümkündür.

Bundan bir neçə gün əvvəl baş nazir Nikol Paşinyan bildirmişdi ki, o Rusiyanın təkliflərinə əsaslanan müqaviləni imzalamağa hazırdır. Amma o yanvarın 18-də Praqa razılaşmalarına əsaslanan müqaviləni imzalamağa hazır olduğunu bəyan edib.

Yerevanın hansı varianta üstünlük verməsinə dair suala deputat Xandanyan belə cavab verib:

“Burda söhbət üstünlük məsələsindən getmir. Ən mühümü budur ki, vasitəçi sülh müqaviləsinin yalnız kağız üzərində qalmayacağına qarantiya verə bilsin. İndi belə görünür ki, proses ABŞ-ın vasitəçiliyi ilə başlanan məntiq üzrə gedir”.

İki fərqli variant, yoxsa “hansı alınsa?”

Azatutyun yazır ki, parlamentdəki müxalif “Mənim şərəfim” fraksiyasının lideri Ayk Mamicanyan iqtidardan olan həmkarının verdiyi bu xəbərdən təəccübləndiyini deyib:

“Bir-birini inkar etməsə də, prinsipial fərqli olan iki müqavilənin hər ikisi ilə necə razılaşmaq olar? Siz Paşinyanın siyasətini yaxşı xırdaladınız: hansı alınsa, o variant”.

İqtidar deputatından fərqli olaraq müxalifətdən olan millət vəkili hesab edir ki, danışıqlar dalana dirənib.

Keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasının rəhbəri Seyran Ohanyan isə hesab edir ki, sülh müqaviləsinin gündəliyi yanlışdır:

“Hərbi əməliyyatlar, elə bu blokada o deməkdir ki, sülh gündəliyi yanlışdır. Hakimiyyət isə gözüyumulu bu yanlış gündəliyə qədəm qoyur və hətta “Artsax (Qarabağ-red) öz müqəddəratını müəyyən edib, Artsax (Qarabağ-red) bu şəraitdə heç cür Azərbaycanın tərkibində yaşamaq imkanına malik deyil” fikrini dilə gətirməkdən belə qorxur”.

Nəsə gözlənilirmi?

Azatutyun yazır ki, yanvarın 18-də Nikol Paşinyanla telefon söhbətindən sonra ABŞ dövlət katibi Entoni Blinken Twitter-də baş nazirlə Azərbaycanla sülh danışıqlarının bərpası məsələsini müzakirə etdiyini yazıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə bildirib ki, cənab Blinken bugünlərdə Azərbaycan prezidenti İlham Əliyevlə danışacaq:

“Son vaxtlar biz Qarabağ məsələsi ətrafında geriləmə görürük. Biz istəyirik ki, konstruktiv dialoq bərpa olunsun. Biz ikitərəfli formatda təsir göstərməyə hazırıq. Biz mümkün olduğu vaxt və yerdə partnyorlarımızla, ATƏT vasitəsilə və ya əvvəllər etdiyimiz kimi üçtərəfli formatda hərəkət etməyə hazırıq”.

Belə olduğu halda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında hər hansı görüşlər gözlənilirmi? Əvvəllər belə görüşlərdə vasitəçiliyi ABŞ edib.

Ermənistan XİN Azatutyuna bildirib ki, nazirlərin mümkün görüşü barədə məlumat əvvəlcədən veriləcək.

Bundan əvvəlki görüşlər

Ötən ilin dekabrından başlayaraq iki ölkə arasında sülh danışıqları Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə aparılırdı.

Azərbaycanla Ermənistan liderlərinin həmin formatda sonuncu görüşü də oktyabrın 6-da Aİ Şurasının prezidenti və Fransa dövlət başçısının iştirakı ilə Praqada gerçəkləşmişdi.

Praqa danışıqlarında Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişeldən başqa Fransa prezidenti Emmanuel Makron da iştirak etmişdi.

ABŞ-ın Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistanın sülhə doğru “cəsarətli” addımlar atmasını alqışlamışdı. İki ölkənin xarici işlər nazirləri noyabrın 7-də Vaşinqtonda bir araya gəlmişdilər.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqının vasitəçiliyi ilə dekabrın 7-ə planlaşdırılan son görüş baş tutmayıb.

Erməni tərəfi bu görüşdə də Fransa prezidenti Emmanuel Makronun iştirak etməsində israrlı idi.

Azərbaycan prezidenti İlham Əliyev bu təklifi rədd etmiş və bildirmişdi ki, Fransa bu məsələdə neytral deyil və Yerevana tərəfkeşlik edir.

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan-Ermənistan ortaq televiziya layihəsi gerçəkləşir

    Azərbaycan-Ermənistan ortaq televiziya layihəsi ...

    5-11-2013, 13:02

  • 
  • Putindən Yaponiyaya təklif: "Sülh müqaviləsi bağlayaq"

    Putindən Yaponiyaya təklif: "Sülh müqaviləsi ...

    12-09-2018, 12:47

  • 
  • Yaponiya hökuməti Putinin sülh müqaviləsi təklifindən imtina etdi

    Yaponiya hökuməti Putinin sülh müqaviləsi ...

    12-09-2018, 20:46

  • 
  • Elmar Məmmədyarov Ermənistanla Böyük sülh sazişi haqda

    Elmar Məmmədyarov Ermənistanla Böyük sülh sazişi ...

    15-10-2014, 15:08

  • 
  • Con Bolton Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək

    Con Bolton Vaşinqtonda Azərbaycan və Ermənistan ...

    19-06-2019, 12:24


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu