Gundemxeber.az » Dünya » Türkiyə XİN Stokholmda "Qurani-Kərim"in yandırılmasını pisləyib
Türkiyə Xarici İşlər Nazirliyi İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyinin qarşısında müqəddəs "Qurani-Kərim"in yandırılmasını qətiyyətlə pisləyir.
Gundemxeber.az xəbər verir ki, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.
Qeyd olunub ki, müsəlmanları hədəf alan və müqəddəs dəyərləri təhqir edən anti-islam təxribat xarakterli hərəkətə ifadə azadlığı adı altında icazə verilməsi qəbuledilməzdir, bu, bir nifrət cinayətidir.
“Bu alçaq hərəkət həm də Avropada islamofobiya, irqçi və ayrı-seçkilik cərəyanlarının həddi-büluğa çatdığının daha bir göstəricisidir. İsveç hakimiyyətini bu nifrət cinayətini törədənlərə qarşı lazımi tədbirlər görməyə və islamofobiyaya qarşı bütün ölkələr və beynəlxalq təşkilatlarla həmrəy olaraq konkret tədbirlər görməyə çağırırıq”, - deyə Nazirliyin bəyanatında vurğulanıb.
Qeyd edək ki, danimarkalı ekstremist sağçı partiya “Ştram Kurs”un sədri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında “Qurani-Kərim”i yandırıb. Bu zaman İsveç polisi müdaxilə etməyib.
Gundemxeber.az
28-11-2020, 15:52
13-12-2017, 14:19
15-01-2021, 13:24
13-12-2019, 11:29
18-07-2019, 12:25
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?