Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İraqda türkiyəli diplomatın öldürülməsini pisləyib.
Nazirliyin “Tvitter” səhifəsində bildirilib ki, Azərbaycan XİN Ərbil şəhərində Türkiyə Baş konsulluğunun əməkdaşlarına edilən silahlı hücumu qınayır.
“Ərbildə həyatını itirən türkiyəli həmkarımıza Allahdan rəhmət diləyir, yaxınlarına baş sağlığı veririk. Baş vermiş silahlı hücumu şiddətlə qınayırıq”, – qeyd olunub.
Qeyd edək ki, ötən gün İraqın Ərbil şəhərində restorana silahlı hücum olub. Hücum nəticəsində Türkiyənin Ərbildəki Baş konsulluğunun bir əməkdaşı öldürülüb. Terror aktı zamanı bir İraq vətəndaşı da həyatını itirib, bir nəfər isə yaralanıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?