GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ermənistanda gürcüfobiya hansı məqsədlər üçün istifadə olunur?

Ermənistanda gürcüfobiya hansı məqsədlər üçün istifadə olunur?

Tarix: 25-01-2023, 14:04 Bölmə :Dünya Baxış: 158

Erməni millətçiləri Ermənistanda məqsədyönlü şəkildə gürcüfobiyanı yayırlar. Erməni xadimləri vaxtaşırı olaraq mətbuatda, Ermənistanın kanallarında antigürcü, gürcüfobiya ruhlu çıxışlar edərək ictimaiyyətdə gürcü xalqına qarşı nifrət yaradırlar. Bu baxımdan sübut olaraq, Ermənistanın “Noyan Topan” telekanalında çıxış edən gürcüfob erməni xadimi Razdan Madoyanın antigürcü xarakterli çağırışlar etməsini və onu dinləyən aparıcının ona haqq qazandırmasını göstərmək olar. R.Madoyan, beynəlxalq neft platformalarında qətllərin törədilməsinə dair çağırışlar edir və beləcə erməni millətçilərinin ölkələrarası arapozuculuq fəaliyyətini həyata keçirməyə çalışır. Belə bir arapozuculuq fəaliyyətinin həyata keçirilməsində isə məqsəd- Gürcüstan üzərindən hər hansı tranzitin, enerji qovşağının formalaşmasının qarşısını almaqdır.

     Erməni millətçiləri məskunlaşdıqları Gürcüstan ərazilərində də qəsdən gürcüfobiyanı yayaraq gürcülərə qarşı nifrət yaradırlar və gürcüfobiyadan təzyiq mexanizmi kimi istifadə edərək gürcüləri sıxışdırmağa, ərazilərini isə ələ keçirməyə çalışırlar. Başqa sözlə desək, erməni millətçiləri ruslarda gürcülərə qarşı nifrət oyadaraq Rusiyanın hərbi potensialı hesabına Gürcüstanın ərazilərini ələ keçirmək istəyirlər. Belə bir fakt məlumdur ki, 2006-cı il tarixində “Cavaxk” separatçı təşkilatının yaradıcılarından biri olan R.Madoyan Rusiya hərbi bazasının  Axalkalakidən çıxarılmasına qarşı çıxanlardan biri olub. Erməni separatçıları Samtsxe-Cavaxetini “Cavaxk” kimi qələmə verərək həmin ərazidə, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın ağır məğlubiyyətindən sonra tamamilə iflasa uğrayan “Artsax” ssenarisini həyata keçirməyə çalışıblar. 

   Eməni millətçiləri hər dəfə eyni yalanlarla mediada çıxış edərək, Ermənistanın əsassız ərazi iddialarının həyata keçirilməsinə çalışırlar. Xatırlatmaq istəyirik ki, Razdan Madoyan bundan əvvəl 2021-ci ilin oktyabrın 8-də də Ermənistanın “Noyan Tapan” kanalının efirində çıxış etmişdi. Həmin vaxt “erməni politoloqu” R.Madoyan, ermənilərin “Cavaxk” kimi qələmə verərək mənimsəməyə cəhd göstərdiyi Samtsxe-Cavaxeti rayonunun guya tarixən Ermənistana məxsus olduğunu qeyd etmişdi. R.Madoyan hələ bir arsızcasına guya gürcülərin “Cavaxk” rayonunu Ermənistandan oğurladığını bildirmişdi. Daha əvvəlki tarixə diqqət yetirərək, R.Madoyanın 2006-cı ilin martın 14-də verdiyi müsahibəyə nəzər salsaq, onda görərik ki, R.Madoyan həmin vaxtda da Samtsxe-Cavaxeti rayonunun guya heç vaxt Gürcüstana məxsus olmadığını bildirmişdi. Göründüyü kimi, erməni milləçiləri qəsdən ildən-ilə eyni təxribatları müxtəlif yollarla davam etdirərək, mediada antigürcü xarakterli çıxışlar edərək ictimaiyyətə gürcüfobiyanı yeritməyə çalışırlar ki, burada da məqsəd Ermənistanın əsassız ərazi iddialarını reallaşdırmaq və erməni yalanlarını beynəlxalq ictimaiyyətə sırımaqdır. 

     Qeyd edək ki, gürcü ziyalıları erməni millətçilərinin yalanlarını açıq-aşkar ifşa edirlər. Gürcü politoloqu Zurab Abaşidze Samtxse-Cavaxeti məsələsi ilə bağlı erməni yalanlarına fikrini bu şəkildə bildirir: “Bu bəyanatlar heç bir halda Gürcüstan cəmiyyətinin əhvalını əks etdirmir. Bu cür bəyanatların ayrı-ayrılıqda verilməsi təxribat kimi qiymətləndirilməlidir”. Eksperin sözlərinə görə, bütün bu təxribatların reallıqla heç bir əlaqəsi yoxdur.

     Tarixə nəzər saldıqda aydın şəkildə görmək olur ki, ermənilərin gürcülərə qarşı hədsiz dərəcədə nifrəti olub. Gürcü yazıçısı, milliyyətçə abxaz olan Sergi Sacay “Sakartvelos Respublika”da dərc olunan məqaləsində erməni vəhşiliklərini dilə gətirib: “Əsir və ya mülki şəxslər ağaca bağlanıb, başlarına təkər taxılıb yandırılıb. Nə qədər qadın zorlanıb... Bir gürcü qadını erməni ailəsində gizlənərək Yaştxva kəndində ilişib qalıb. Qadına xəyanət edərək onu cəlladların yanına atıblar. O, bütün batalyon tərəfindən zorlanaraq dəli olub”.

 Gürcü xalqı daim köməyə ehtiyacı olanların yanında olub. Erməni millətçiləri isə gürcülərin xeyirxahlığından sui-istifadə edərək onlara xəyanət ediblər, nifrət bəsləyiblər. Gürcü yazıçısı Sergi Sacay, saxtakar erməni müəllifi olan gürcüfob Xocanıın - Baqramyan batalyonu haqqındakı kitabına nəzər salıb və həmin kitab barəsində fikrini bu şəkildə bildirib: “Bu günlərdə aqressiv separatizmin ideoloqlarından biri olan Xoca adlı şəxsin gürcülərə qarşı etnik təmizləmə və soyqırım törədən zaman xüsusi qəddarlığı ilə seçilən Baqramyan adına erməni batalyonunun hərbi yolu haqqındakı kitabı ilə rastlaşdım. Kitabı vərəqlədim, silahlı qaniçənlərin siyahısında yedizdirdiyim, onlara kömək əlini uzatdığım, qonşumu, işçimi, haqq yoluna saldığım bir çox həmvətənlərimin adlarını gördüm. Bu haqda əvvəllər bilirdim, amma əllərimlə toxunanda gözlərimə inanmadım, doğrudanmı bu qədər xəyanət etmək olar?”

     Xoca kimi gürcüfob erməni “tarixçiləri” real tarixi məqsədyönlü şəkildə saxtalaşdıraraq, yeri gəldikdə gürcü xalqına qarşı gürcüfobiyadan istifadə edərək öz cinayətlərinə, məkrli niyyətlərinə haqq qazandırmağa çalışırlar. Qeyd edək ki, 1993-cü il fevralın 9-da yaradılan Baqramyan batalyonu gürcülərlə qarşı xüsusi qəddarlığı və insanlığa sığmayan amansız cinayətləri ilə tarixdə qalıb. Gürcü tarixçisi Bondo Arveladze yazır: “Ermənistan hökuməti Baqramyanların əməllərinə qiymət verməsə, gürcü-erməni qardaşlığından danışmaq ikiüzlülük olar... Baqramyanın cinayətlərini əks etdirən sənədli foto və videolar var”.

      Ermənistanda gürcüfobiya ilə yanaşı həm də azərifobiya mövcuddur. Erməni millətçiləri daim gürcüləri və azərbaycanlıları gözdən salmaq üçün müxtəlif çirkin yollara əl atıblar. Erməni faşistləri öz məkrli niyyətlərindən ötrü təkcə gürcülərə qarşı yox, azərbaycanlılara qarşı da etnik təmizləmə siyasətini və soyqırmı həyata keçiriblər. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə, keçmiş Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridilərək küçə və meydanlarda toplaşan dinc əhalini amansızcasına qətlə yetirib. Həmin faciə zamanı yüzlərlə dinc əhali, başqa sözlə desək günahsız azərbaycanlılar həlak olublar. Ümummilli lider Heydər Əliyev ilk dəfə 1990-cı ilin yanvarın 21-də tarixi faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edərək bu hadisənin hüquqa, demokratiyaya, humanizmə və hüquqi dövlət quruculuğu prinsiplərinə yad olduğunu bildirmişdi. Ümummilli lider 1991-ci ilin martın 7-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edərək 20 yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh etmişdi: “...1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edimişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür”. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: “Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”. 

1997-ci ilin yanvarın 31-də ümummilli lider Heydər Əliyev Milli Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə görüşü zamanı demişdir: “...Xalqımız bundan tarixi nəticə çıxarmalıdır. Biz gərək heç vaxt əyilməyək, heç vaxt sınmayaq. Bilirsiniz, millətin mənafeyi hər bir insanın həyatından üstün olmalıdır”.Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad etdi. Bu gün artıq fəxrlə qeyd edə bilərik ki, işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanır.


Kamal Salayev

AMEA Qafqazşünaslıq İnstitutunun

Gürcüstanşünaslıq şöbəsinin kiçik elmi işçisi

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistan gürcülərin “Cavaxk”ı oğurladığını zənn edir

    Ermənistan gürcülərin “Cavaxk”ı oğurladığını zənn ...

    22-10-2021, 17:01

  • 
  • Erməni bloqer: “Ermənistanda kişi yoxdur” - VİDEO

    Erməni bloqer: “Ermənistanda kişi yoxdur” - VİDEO ...

    5-04-2021, 10:31

  • 
  • Putinin Bakıya səfəri Ermənistanda həyəcan yaradıb

    Putinin Bakıya səfəri Ermənistanda həyəcan yaradıb ...

    13-08-2013, 23:45

  • 
  • Erməni qəzeti: “Putin regionda ilk səfərini onun üçün maraqlı ölkəyə etdi”

    Erməni qəzeti: “Putin regionda ilk səfərini onun ...

    14-08-2013, 01:10

  • 
  • Paşinyan Gürcüstan ərazisinə iddia etdi (FOTO)

    Paşinyan Gürcüstan ərazisinə iddia etdi (FOTO) ...

    12-10-2020, 10:33


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu