Ermənistanda nəşr olunan “Lragir” qəzeti Vladimir Putinin prezident kürsüsünə qayıtdıqdan sonra bölgədə ilk səfərini Azərbaycana etməsinə dair yazı dərc edib. Musavat.com-un məlumatına görə, yazıda deyilir ki, Vladimir Putin ilk regional səfərini strateji müttəfiqi olan ölkəyə yox, onun düşməni olan ölkəyə etdi. Qəzet yazır ki, Vladimir Putinin səbəbi regiondakı yeni reallıqlardan və Rusiyanın yeni statusundan xəbər verir: “Rusiya prezidenti Azərbaycana enerji, iqtisadi və siyasi maraqlar üzündən getdi”.
Yazıda o da bildirilir ki, Rusiyanın Ermənistanla xeyli problemi var. Moskvanın addımları son vaxtlar Ermənistanda mənfi əks-səda doğurub: “Ermənistanda Rusiyaya qarşı münasibət hələ müsbət olsa da, tendensiyalar ondan xəbər verir ki, yaxın illərdə bu balans dəyişə bilər. Çünki, Ermənistanda get-gedə daha çox adam Moskvanın siyasəti Ermənistanda üçün çoxlu problem - risklər və çağırışlar yaradır”.
Qəzet yazır ki, bu tendensiyanı Rusiya da görür, amma Moskva Ermənistan üçün yalnız problem yaradan siyasətini davam etdirir.
“Lragir” qəzeti hesab edir ki, Azərbaycanla münasibətlər quran Rusiya Ermənistanın Avropa ilə əlaqələrinə manne ola bilməz. Çünki, strateji münasibətlərdən de-fakto imtina edən Rusiya onları yalnız de-yure saxlayır və bundan manipulyasiya üçün istifadə edir.
Ermənistandakı müxtəlif dairələrdə hesab edirlər ki, Rusiyanın Azərbaycana doğru addım atması Ermənistanın Avropa yolunun adığınadır.
Qəzet yazır ki, Rusiya-Azərbaycan münasibətlərinin dərinləşməsi fonunda Ermənistanın özünün siyasi-iqtisadi təhlükəsizliyini deversifikasiya etməli, eləcə də, hərbi təminatlar axtarmalıdır. Bu reallığın qəzərə alınmaması, qardaşlıq və dostluğa emosional istinad Ermənistanda Rusiya, Rusiyada isə Ermənistan problemini dərinləşdirə bilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?