Gundemxeber.az » Dünya » 2024-cü ildə ABŞ prezidentliyinə əsas namizədlər kimlər olacaqlar?
“ABŞ-nin keçmiş prezidenti Donald Trampın dövlət başçısı postu uğrunda seçkiqabağı mübarizə mövqeləri kəskinləşib”.
Bu barədə amerikalı politoloq Malek Dudakov bildirib
O, 2024-cü il seçkilərində ABŞ prezidentliyinə əsas namizədləri sadalayıb.
Politoloq xatırladıb ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp hələ ötən ilin noyabrında ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib.
“ABŞ-nin hazırkı prezidenti Co Bayden, görünür, bu barədə fevralın 7-dən sonra elan edəcək. Yəni xalqa və Konqresə müraciət etdikdən sonra namizədliyi ilə bağlı açıqlama verəcək. Və bundan sonra onun rəsmi seçki kampaniyası başlayacaq”, – deyə o qeyd edib.
Dudakov bildirib ki, Tramp və Baydendən başqa prezident postuna dəqiq namizədlər olmasa da, Amerika siyasətində qarşıdan gələn seçkilərə qatılmağı düşünənlər də var.
“Məsələn, Trampın keçmiş vitse-prezidenti Mayk Pens namizədliyini irəli sürmək istədiyini bəyan edib, lakin hələ rəsmi olaraq bunu etməyib. ABŞ-nin BMT-dəki keçmiş səfiri və Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heyli də seçkilərə qatılmaqdan imtina etməzdi. Respublikaçılardan Florida qubernatoru Ron Desantis var. O, “Respublikaçı Kennedi” adlandırılır və Trampın mümkün rəqibi hesab olunur”, – deyə politoloq vurğulayıb.
Malek Dudakov əlavə edib ki, demokratların da Baydendən başqa potensial namizədləri var.
“Bunlar ABŞ-nin vitse-prezidenti Kamala Harris, ABŞ-nin nəqliyyat naziri Pit Buttidjiç və Kaliforniya qubernatoru Qevin Nyusomdur”, – deyə o açıqlayıb.
GUNDEMXEBER.AZ
21-08-2019, 15:25
26-04-2019, 13:43
19-12-2020, 16:44
30-09-2020, 13:05
24-10-2019, 10:29
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?