GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » ABŞ prezidentliyinə namizədlərin ilk debatı keçirildi

ABŞ prezidentliyinə namizədlərin ilk debatı keçirildi

Tarix: 30-09-2020, 13:05 Bölmə :Dünya Baxış: 389
ABŞ prezidentliyinə namizədlərin ilk debatı keçirildi


Çərşənbə axşamı Ohayo ştatının Klivlend şəhərində prezidentliyə Respublikaçı namizəd və hazırkı Prezident Donld Tramp və prezidentliyə Demokrat namizəd və sabiq Vitse-Prezident Co Bayden arasında debat keçirildi.

Case Western Universitetində qarşılaşan namizədlər COVID-19 pandemiyasına qarşı cavab tədbirləri, iqtisadiyyat, iqlim dəyişikliyi və səsvermə prosesi də daxil olmaqla müxtəlif mövzularda qızğın fikir mübadiləsi apardılar.

Debat başlanandan namizədlər dərhal bir-birlərini kəskin tənqid atəşinə tutdular.

Başlıca ixtilaf nöqtəsi ABŞ-da 200,000 adamın ölümü ilə nəticələnmiş koronavirus pandemiyası idi.

“Prezidentin planı yoxdur,” Bayden bildirdi. “O bilirdi ki, bu, ölümcüldür və sizə bu barədə heç nə demədi.”

Bayden Trampın qolf oynamasına eyham vuraraq onu vaxtını pandemiyanın qarşısını almağa sərf etməyə çağırdı.

İkinci dönəm prezidentlik iddiasında olan Prezident Tramp öz administrasiyasının səylərini müdafiə etdi.

“Biz əla işləmişik,” deyə o, vaksin əldə edilməsinə bir neçə həftə qaldığını söylədi.

Debatın digər mübahisəli məqamı Prezident Trampın $750 dollar federal vergi verməsi barədə The New York Times qəzetində dərc olunan məqalə oldu.

Prezident Tramp rəqəmin həqiqətə uyğun olmadığını və milyonlarla dollar həcmində vergi ödədiyini söylədi.

O, habelə Co Baydenə sabiq Vitse-Prezidentin oğlu Hanterin xaricdə iddia olunan maliyyə sövdələşmələri ilə bağlı suallar ünvanladı.

Bayden özünə qarşı yönələn tənqidləri rədd edərək Trampı "yalan" danışmaqda ittiham etdi.

Debat bəzi məqamlarda o dərəcədə intensiv xarakter aldı ki, moderator Kris Vallas səsini bir neçə dəfə ucaltdı və namizədlərə debat normalarına riayət etmək barədə xəbərdarlıq etdi.

Prezident Tramp hakimiyyəti dönəmində pandemiyaya qədərki müddət ərzində iqtisadiyyatın sürətlə çiçəkləndiyinə diqqət çəkdi.

“Son üç il yarım ərzində bu qədər iş görmüş digər administrasiya və ya prezident olmayıb – impiçment hoqqasına baxmayaraq,” Tramp söylədi.

Baydenin sözlərinə görə, Trampın hakimiyyəti altında ölkə daha zəif, xəstə, yoxsul və şiddətin artdığı bir duruma düşüb.

Bu, Bayden və Tramp arasında ilk debat idi.

Prezident seçkilərinə beş həftə qaldığı bir vaxt namizədlər üç dəfə üz-üzə görüşməlidir.

Debatı 100 milyona yaxın amerikalının izlədiyi təxmin edilir.

Rəy sorğularına görə, seçicilərin 90% artıq seçim qərarlarını verib və bunu dəyişmək niyyətində deyillər.

Bir çox ştatda artıq erkən seçkilər başlayıb. Milyonlarla insan poct vasitəsi ilə səs verilməsi üçün müraciət edib. Belə ki, bir çoxları pandemiya dövründə üz-üzə toplaşmalardan uzaq durmağa çaılışır.

ABŞ prezidenti Donald Tramp daha əvvəl səsvermə səbəbi ilə seçkilərin təxirə salınmasını təklif etmişdi.Tramp Twitter hesabında yazmışdı ki, “poçtla səsvermə ilə 2020-ci il seçkiləri tarixdə ən qeyri-dəqiq və saxtalaşdırılmış seçki olacaq”.

77 yaşlı Bayden 36 il ABŞ Senatında, 8 il isə vitse-prezident vəzifəsində çalışıb.

74 yaşlı Tramp 4 il prezidentlik müddətini başa vurur və ikinci dönəm prezidentlik uğrunda yarışır.

Rəy sorğularına görə, iqtisadiyyat əsas məsələlərdən biridir.

Ekspertlərin fikrincə, Tramp nəyə görə indi yenidən seçilməli və daha 4 il prezidentliyə layiq olduğunu sübut etmək üçün əsaslı arqumentlərə malik olmalıdır.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Co Bayden: Tramp zəhmətkeş sinfin problemlərindən bixəbərdir

    Co Bayden: Tramp zəhmətkeş sinfin problemlərindən ...

    24-10-2019, 10:29

  • 
  • Donald Tramp Baydeni maska taxmasına görə ələ saldı, Bayden isə onu xuliqan adlandırdı

    Donald Tramp Baydeni maska taxmasına görə ələ ...

    23-09-2020, 15:06

  • 
  • Trampdan prezidentliyə namizəd Co Baydenə mesaj: “Xoş gəldin, yatağan Co”

    Trampdan prezidentliyə namizəd Co Baydenə mesaj: ...

    26-04-2019, 13:43

  • 
  • Co Bayden 2020-ci il prezident seçkilərinə namizədliyini irəli sürüb

    Co Bayden 2020-ci il prezident seçkilərinə ...

    26-04-2019, 11:20

  • 
  • Bayden dünya gözəlinə görə Trampı təhqir etdi

    Bayden dünya gözəlinə görə Trampı təhqir etdi ...

    3-11-2016, 14:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu