Tehran üç hücumdan ikisinin dəf edildiyini, üçüncü dronun isə "binanın damına cüzi ziyan vurduğunu" bildirir.
İranın strateji obyektlərinə dron hücumdan iki gün keçsə də, dünya mediası hələ də hadisənin icraedicisinin axtarışındadır. Hücumun məqsədinin kifayət qədər aydın olduğu üçün dünya ictimaiyyəti başını İsrailə tərəf çevirib. İsrail özü isə bu haqda heç bir şərh vermir.
O, niyə susur? İsraili bu hücumların müəllifi saymaq üçün hansı əsaslar var və bunun nəticələri necə ola bilər?
Yanvarın 29-na keçən gecə mərkəzi İsfahan əyalətindəki sursat istehsalı zavodu, Şərqi Azərbaycan əyalətindəki mühərrik yağı istehsalı zavodu, həmçinin, İranın qərbindəki Dizful şəhərindəki aviabaza vurulub.
Bununla belə, yağ zavodundakı yanğının görüntüləri və aviabazada baş verən partlayışların şahid ifadələri var.
GundemXeber.Az bildirir ki, İsrail mediası İran hakimiyyətinin bəyanatlarının əksinə olaraq, bütün zərbələrin hədəfə vurulduğunu iddia edir. Lakin bu, hücumun icraedicisinin İsrail olduğunun dolayı etirafı belə sayıla bilməz. Çünki jurnalistlər öz məqalələrində Qərb kəşfiyyat xidmətlərindəki mənbələrə istinad edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?