Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanının neft obyektlərinə keçən şənbə günü hücumların İranın cənub-qərbindən edildiyinə inanır. Bu barədə Reuters agentliyinə danışan Amerika rəsmiləri Yaxın Şərqdə gərginliklərin daha da arta bilməsi kimi dəyərləndirmələr verib.
Adının açıqlanmaması şərti ilə danışan üç rəsmi hücum zamanı qanadlı raket və dronlardan istifadə edildiyini bildirib. Bu isə hücumun əvvəlcədən düşünüldüyündən daha mürrəkəb olduğuna işarə edir.
ABŞ rəsmiləri buna dəlilləri göstərməyib, nə də Birləşmiş Ştatlar kəşfiyyatının hansı məlumalatlarından istifadə etdikləri ilə bağlı açıqlamalar verməyib. ABŞ kəşfiyyat məlumatlarının ictimaiyyətə açıqlandığı təqdirdə, bu, Vaşinqton, Ər-Riyad və başqalarına hətta hərbi yol da daxil olmaqla cavab vermək üçün təzyiqlərin artmasına səbəb ola bilər.
İran şənbə günü Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumların arxasında olduğunu rədd edib. İranın Yəməndə vətəndaş müharibəsində müttəfiqi olan Husi üsyançıları neft emalı obyektlərinə hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.
Tramp şənbə günü gecə hücumun kim tərəfindən keçirildiyinə dair daha çox dəlil gözləyərək, ABŞ-ın cavab hücumu verməyə hazır olduğuna işarə edib. O, Birləşmiş Ştatların hücumlara cavab verməyə hazır olduğu ilə bağlı xəbərdarlıq etsə də, müharibə istəmədiyini vurğulayıb.
ABŞ-ın vitse-prezidenti Mayk Pens çərşənbə günü Birləşmiş Ştatların Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumun arxasında İranın olduğuna dair dəlili nəzərdən keçirildiyini bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?