Yanvarın 29-da İranın hərbi müəssisələrinə PUA hücumları İraq Kürdistanında yerləşən kürd qruplaşmaları tərəfindən təşkil edilib. Bu barədə fevralın 1-də İRNA dövlət agentliyi məlumat yayıb.
Mənbənin məlumatına görə, diversiyaçılar sökülmüş şəkildə dronları və partlayıcı maddələri ölkənin şimal-qərbində çətin keçilən marşrutla gətiriblər və İranın sərhəddə yerləşən şəhərlərindən birinə aparıblar. Daha sonra onlar sexlərdən birində yığılıb və xarici kəşfiyyat xidmətinin tapşırığı ilə İran Müdafiə Nazirliyinin İsfahandakı zavoduna hücum üçün istifadə olunub. Tehran İraq hökumətini öz ərazisindəki vəziyyətə nəzarət etmək iqtidarında olmamaqda ittiham edib.
Xatırladaq ki, İranın beş şəhərində hərbi obyektlərə PUA və raket zərbələri endirilib. Qərb KİV-lərinin məlumatına görə, PUA və raket anbarları məhv edilib.
Gundemxeber.az
Sorğu
Yeni dizaynımız necədir?