GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » “Donos patriotun öhdəliyidir?” – Rusiyada tələbə “ekstremist” siyahısına salınıb

“Donos patriotun öhdəliyidir?” – Rusiyada tələbə “ekstremist” siyahısına salınıb

Tarix: 3-02-2023, 19:55 Bölmə :Dünya Baxış: 193


Rusiyanın Arxangelsk şəhərində 19 yaşlı tələbə Olesya Krivtsovanın məhkəməsi başlamamış “terrorçular və ekstremistlər” siyahısına salınıb.

Krivtsova artıq ikinci aydır ev dustağıdır, “terrorçuluğu əsaslandırma” və “Rusiya Federasiyası silahlı qüvvələrinin diskreditasiyası” ittihamları üzrə təqsirli bilinərsə, azı 10 il müddətinə həbsə məhkum edilə bilər“Beynimdə ən pis ehtimallar fırlanır. Həbs oluna biləcəyini tam anlayıram… Bu ehtimalla barışmağa çalışıram”, – Krivtsova evdən AzadlıqRadiosunun “Current Time” layihəsinə müsahibəsində deyib.

Gürzlə hədələmə

Yeniyetməyə qarşı iş dekabrın 26-da başlanıb, polis onun əriylə birlikdə yaşadığı evində axtarış aparıb.

Anası Natalya Krivtsovanın dediyinə görə, Olesya axtarışı görməyib, polis gələndən 10 dəqiqə sonra onu evdən çıxarıb.

Ananın sözlərinə görə, axtarış aparılarkən Krivtsovanın yanında duran polis əməkdaşı onu gürzlə hədələyib. Daha sonra Daxili İşlər Nazirliyinin ekstremizmlə mübarizə mərkəzinin əməkdaşı ona və həyat yoldaşına deyib ki, bu, “Vaqner muzdlu qrupundan salam” idi.

Bu hadisədən iki həftə öncə isə Kremlə bağlı Vaqner qrupu həbsxanadan Ukraynada müharibəyə cəlb olunmuş, daha sonra qarşı tərəfə keçdiyi deyilən Yevgeni Nujinin gürzlə öldürülməsi videosunu yaymışdı.

Qapalı Telegram qrupu

Rusiya ötən ilin fevralında Ukraynaya qarşı səbəbsiz müharibəyə başlayandan müharibədən narazı minlərlə insan təqib olunub, onların silahlı qüvvələri “gözdən salan” informasiya yaydığı bildirilir. Krivtsova apreldə müharibəyə qarşı stikerlə yaydığına görə 30 min rubl ($425) cərimələnib.

Krivtsovanın həbsindən sonra ilkin məhkəmə dinləmələrindən aydın olub ki, ona qarşı cinayət işi tələbə yoldaşlarının donosuna əsaslanır. Onların qatıldığı qapalı Telegram qrupunu AzadlıqRadiosu da nəzərdən keçirib.

“Onların məhkəmədə adını çəkdiyi iki nəfər həmin qrupda idi. Onlar polisə yaxud Federal Təhlükəsizlik Xidmətinə donosu necə çatdırmağın yollarını müzakirə edirdilər”, – yeniyetmə “Current Time”a danışıb.

Tələbələrin yazışması

Onun sözlərinə görə, vəkillərinə ona həmin tələbələrin göndərdiyi ehtimal edilən donosların surətini verməyiblər.

Oktyabrda qrup üzvləri Rusiyanın Ukraynaya qarşı işğalını müzakirə edəndə iştirakçılardan biri Krivtsovanın Instagram hekayətlərinin skrinşotlarını paylaşıb. Orada yeniyetmə tələbə Ukrayna hakimiyyətinin rusiyalı əsgərlərə təslim olmaqla bağlı tövsiyələrini, öldürülmüş ukraynalı dinc sakinlərin fotolarını paylaşıb.

“Bu qanunsuzdur. Bəlkə iş açılmalıdır?” – bir iştirakçı yazıbmış.

Bir neçə dəqiqədən sonra başqa bir iştirakçı qeyd edib: “Komandirə yazdım. Onun təhlükəsizlik orqanlarında dostları var və onlarla məsləhətləşəcək”.

Donos öhdəlikdir?

Daha sonra başqa biri universitetdə mühazirə deyən Aleksey Feldtin postunun skrinşotunu paylaşıb. Qrupda mühazirəçinin “donos kimisə vətənpərvər etmir” sözlərinin müzakirəsi başlanıb.

“Məncə, donos və kimisə ələ vermək ayrı-ayrı şeylərdir. Kimisə ələ vermək şəxsi səbəblərdən edilir”, – biri yazıb.

“Burada isə qanunsuz akt baş verir. Məncə, biz danışmalıyıq, özəlliklə də təslim olan uşaqlarımızın başına nə gətirdiklərini bildiyimiz üçün”, – başqa bir iştirakçı qeyd edib. Rusiyada aparılan propoqandada Ukraynada rusiyalı məhbuslarla pis rəftar olunduğu iddia edilir.

“Donos patriotun öhdəliyidir. Ən yaxşısı isə mediada ifşadır. Gözümçıxdıya salmaq Daxili İşlər Nazirliyindən daha effektlidir”, – digər iştirakçı yazıb.

Krivtsova deyir ki, tələbələrin “ideoloji” inamdan motivasiya aldığını düşünür.

“Məncə, onlar hərəkətlərinin adekvat və ədalətli olduğunu düşünür, mənim qanunla cəzalandırılmağımı vacib sayırlar. İnanıram ki, onları belə ideyalar idarə edir”, – tələbə danışır.

Həbsindən iki gün sonra keçirilən məhkəmədə Krivtsovanın ev dustaqlığında saxlanmasına qərar verilib.

Yenidən saxlanıb…

Onu bir həftə sonra yenidən saxlayıblar. Polis məhkəmədə iddia edib ki, Rusiyanın sərhəd rayonlarına onun adına iki birtərəfli qatar bileti alınıb. Krivtsova isə bilet almadığını, bundan ötrü işlək daxili pasportu olmadığını deyib.

Vəkillər belə bir biletin alınması haqda dəmiryollarından bilgi istənilməsi haqda vəsatət qaldırsalar da, hakim vəsatəti rədd edib. Sonda Krivtsovanın həbs olunması haqda iddia da rədd olunub, ancaq onun ev dustaqlığına internetdən istifadə qadağası əlavə edilib.

Anası Olesyanın ev dustaqlığının şərtlərini pozmadığını, istintaqı əngəlləmədiyini deyir.

“Əsas odur ki, o sınmadı… Olesya pis heç nə etməyib. O, heç nəyə görə günahkar deyil, üzr istəyəcək heç nə etməyib”, – anası vurğulayır.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda tələbə qız itkin düşüb

    Azərbaycanda tələbə qız itkin düşüb ...

    13-07-2013, 23:18

  • 
  • Bakıda 23 yaşlı hüquqşünas xanım yoxa çıxdı -FOTO

    Bakıda 23 yaşlı hüquqşünas xanım yoxa çıxdı -FOTO ...

    9-10-2017, 16:56

  • 
  • 21 yaşlı qız evdən çıxdı geri qayıtmadı

    21 yaşlı qız evdən çıxdı geri qayıtmadı ...

    1-08-2013, 19:34

  • 
  • Bakıda tələbə oğlan yoxa çıxdı

    Bakıda tələbə oğlan yoxa çıxdı ...

    18-11-2013, 11:39

  • 
  • Bakıda 3 yaşlı oğlu ilə evdən qaçan 22 yaşlı gəlin tapıldı - FOTO

    Bakıda 3 yaşlı oğlu ilə evdən qaçan 22 yaşlı ...

    22-09-2017, 11:10


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (388)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu