Bakı şəhərində universitet tələbəsi anasının gözlərini yolda qoyub.
Xətai rayonu ərazisində yaşayan Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi Asim Məmmədov iki gündür yoxa çıxıb.
A.Məmmədovun ailə üzvlərinin Milli.Az-a verdiyi məlumata görə, A.Məmmədov şənbə günü saat 23 radələrində internet kluba getmək adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıb.
A.Məmmədovun valideynləri Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinə müraciət ediblər. Hazırda axtarış aparılır.
Tələbə ilə bağlı məlumatı olanların (055) 623 12 11, (055) 844 06 25 nömrələrinə zəng etmələri xahiş olunur.
Sorğu
Yeni dizaynımız necədir?