GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Həbs olundu, xəstə qız üçün məşhur mahnını yazdı – Haluk Levent haqqında maraqlı faktlar – FOTO

Həbs olundu, xəstə qız üçün məşhur mahnını yazdı – Haluk Levent haqqında maraqlı faktlar – FOTO

Tarix: 9-02-2023, 13:43 Bölmə :Dünya Baxış: 213


Fevralın 6-da Türkiyənin cənub-şərqində baş vermiş şiddətli zəlzələlərdən sonra zərərçəkən insanlara dəstəyi ilə digər həmkarlarından fərqlənən müğənni Haluk Levent haqqında maraqlı faktları təqdim edirikHaluk Levent 26 noyabr 1968-ci ildə Adananın Yüreğir mahalının Yamaçlı məhəlləsində anadan olub. Doqquz uşaqlı ailədə səkkizinci övlad olan Halukun ailəsi Nusayri tayfasının törəmələridir.

Sabancı adına ibtidai məktəbində təhsilə başlayan Haluk Adana Atatürk Liseyindən məzun olub. Daha sonra Karadeniz Texniki Universitetində meşə mühəndisliyi fakültəsində təhsil alıb. Ardınca Ankara Universitetində kompüter proqramlaşdırması, Orta Doğu Texniki Universitetində fizika fakültəsi və Ankara Universiteti Mühasibatlıq fakültələrində təhsil alıb.

Onu yaxından tanıyanlar qeyd edirlər ki, Haluk universitetlərin qəbul imtahanlarında qalib gəlsə də, sonrakı illərdə təhsilini davam etdirmədiyindən universiteti yarımçıq qoymalı olub. Buna əsas səbəb isə ailəsinin maddi sıxıntısı olub.

Belə ki, ailəsini dolandırmaq üçün ticarətlə məşğul olan Haluk Levent uğursuz iş adamı olaraq bir müddət sonra Adananı tərk edib, şəhərləri gəzərək küçələrdə mahnılar oxuyub, pul qazanmağa başlayıb.

Deyilənlərə görə, hətta həmin dövrlərdə o, xəstə bir qız üçün küçələrdə mahnı söyləyib, qarşılığında qazandığı pulları həmin qızın müalicəsi üçün xərcləyib.

Sonralar həmin qız üçün “Elfida” mahnısını ifa edib. Haluka böyük məşhurluq qazandıran bu mahnı haqqında sonralar müxtəlif hekayələr yayılıb. Müğənni məsələyə aydınlıq gətirib deyir:

“Son vaxtlar “Elfida” mahnısı ilə bağlı çox danışılır. Polemikalar gedir. Hələ də “Twitter”də “Elfida”nın gənc qız olması ilə bağlı müxtəlif fikirlər deyilir və s. Bu məsələyə aydınlıq gətirmək istədim. Birincisi, “Elfida” sonradan verilən addır. Həmin qızın adı Beyzanurdur. Mən bu qızla 4 yaşında tanış olmuşdum. Atası Murat Çelik fəhlə idi. O qızımızın sağalmaz xəstəliyi ilə mübarizə aparmaq üçün Cerrahpaşa Tibb Fakültəsinə gedirdim. Həkimləri görürdüm. “Elfida” Beyzanur adlı qız üçün yazılıb. Bir gün həkimlərin kabinetində idim, həkimlərdən biri mənə dedi, Haluk bəy, bu qızdan əl çəkin. Bu, onun yaşamayacağı mənasını verirdi. Yanımda musiqiçi dostum Emrah Aydoğdu vardı. “Elfida” sözü osmanlı türkcəsində əldən getmiş qadın deməkdir. Təbii ki, bir-birimizi qucaqlayıb ağladıq.

Beyzanuru çox sevirdim. Sonra oturub bu mahnını yazdım. Beləcə, Beyzanurun son günlərində ona bu mahnını oxuyurdum, amma o, mahnının ona adi olduğunu bilmirdi, “Elfida” kimi bilirdi. Təbii ki, balaca uşaq idi, son günlərində 8 yaşı vardı. Sonra o vəfat etdi. Bir gün valideynlərinə dedim, lütfən, başqa övladınız da olsun. Onlar bir ildən sonra mənə zəng etdilər, dedilər ki, Haluk abi, bir qızımız doğuldu. Onun adını Elfida qoyun dedim…”

Müğənninin ilk çıxardığı musiqi albomu “Yollarda” adlanır.

Bu albom həm də Anadolu rok musiqisinin ortaya çıxdığı 70-ci illərdən sonrakı dövrün ilk əsərlərindən biri idi. “Yollarda” musiqi albomu, təxminən, iki yüz min satış rəqəminə çatıb.

1995-ci ilin oktyabr ayında Haluk “Bir gecə vaxtı” adlı ikinci musiqi albomunu çıxarıb və albomdan bir milyona yaxın satış əldə edib.

1997-ci ilin avqustunda müğənni kommersiya işinə görə 9 aylıq həbs cəzası alıb. Həbsxanada olarkən o, uzun saçlarını kəsdirərək nüvə silahının Mersində yoxlanılmasına etiraz əlaməti kimi əlaqədar qurumlara yollayıb. Bununla yanaşı həbsdə olan zaman “Pişik körpüsü” adlı ilk kitabını yazıb.

Azadlığa çıxandan sonra Haluk növbəti musiqi albomunu çıxarıb 18 aylıq hərbi xidmətə yollanıb.

Əsgərlikdə olduğu müddətdə Türkiyədə heç vaxt getmədiyi yerlərdə konsertlər verib. 1999-cu il zəlzələsindən sonra İzmitdə qurulan çadır şəhərciklərində şəxsən işləyib və çadırlar qurub. Zəlzələdən zərər çəkənlərin xeyrinə konsertlər verib.

Türkiyədə ən çox konsert verən sənətçilərdən biri olan Haluk Levent bu konsertlərin çox mühüm hissəsindən pul almayaraq, konsertdən gələn gəliri ehtiyacı olan xəstələrə bağışlayıb. Buna görə faydalı rokçu adına layiq görülüb.

Eyni zamanda ekoloji problemlərə qarşı həssaslığı ilə seçilən sənətçi, demək olar ki, hər albomunda ekoloji şüurun inkişafı yolunda mahnılar ifa edib.

O, Türkiyənin müxtəlif bölgələrində ətraf mühitə zərərli olduğu deyilən layihələrə qarşı məhkəmə iddiaları qaldırıb və məhkəmələrə çıxıb. O, Mersinin Kazanlı rayonunda “Caretta” tısbağalarının nəsli kəsilməməsi üçün etiraz edib.

Bir dəfə evlənən Haluk Levent 2004-cü ildə Neslin Yonanlarla ailə həyatı qurub. 13 il davam edən bu evlilik 2017-ci ildə bitib. Cütlüyün Ela adlı bir qızı var.

Müğənni sənət həyatında on iki albom, min konsert, iki kitab, yüzlərlə mükafat, xeyriyyə konserti, iki rekord konsert (on iki saat) və onlarla ekoloji məhkəmə çəkişməsi keçirib. 2010-cu ilin son aylarında “Hacivat Karagöz” albomunu buraxıb. Virtual aləmdə izlənmə rekordları qırıb.

Bu günlərdə isə müğənni ölkəsində baş vermiş irimiqyaslı zəlzələdən zərərçəkən insanlara yardımı ilə digər həmkarlarından fərqlənməsi ilə yaddaşlarda qalmağı bacarıb. (Kulis)

GUNDEMXEBER.AZ



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident Selçuk Bayraktarı və Haluk Görgünü qəbul etdi

    Prezident Selçuk Bayraktarı və Haluk Görgünü ...

    1-04-2021, 13:59

  • 
  • Hacettepe Universitetinin professoruna SDU-nun Fəxri doktoru diplomu təqdim olundu - FOTOLAR

    Hacettepe Universitetinin professoruna SDU-nun ...

    18-12-2019, 16:21

  • 
  • Kişi orucunu açan arvadı su içərkən güllələdi

    Kişi orucunu açan arvadı su içərkən güllələdi ...

    8-07-2014, 16:14

  • 
  • Haluk Bayraktar: “Rusiyaya heç vaxt “Bayraktar” satılmayacaq”

    Haluk Bayraktar: “Rusiyaya heç vaxt “Bayraktar” ...

    19-07-2022, 11:43

  • 
  • Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev Türkiyədə səfərdədir

    Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl ...

    1-12-2016, 20:02


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu