GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Hacettepe Universitetinin professoruna SDU-nun Fəxri doktoru diplomu təqdim olundu - FOTOLAR

Hacettepe Universitetinin professoruna SDU-nun Fəxri doktoru diplomu təqdim olundu - FOTOLAR

Tarix: 18-12-2019, 16:21 Bölmə :Cəmiyyət Baxış: 566
Hacettepe Universitetinin professoruna SDU-nun Fəxri doktoru diplomu təqdim olundu - FOTOLAR


Dekabrın 18-də Sumqayıt Dövlət Universitetində Elmi Şuranın növbəti iclasının açılışından öncə rektor professor Elxan Hüseynov Türkiyənin Hacettepe Universitetinin professoru Şükrü Haluku Akalına SDU-nun Fəxri doktoru diplomunu təqdim etdi.

Rektor professor Elxan Hüseynov iclası açaraq şura üzvlərini salamladı və bugünkü iclasın tarixi əhəmiyyət daşıdığını bildirdi. Rektor qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslanan, ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən olan Azərbaycan-Türkiyə əlaqələrinin strateji səviyyədə olduğunu, təhsil sahəsində də əlaqələrin gələcək inkişafında maraqlı olduğunu xüsusi vurğuladı. Qeyd etdi ki, Elmi Şuranın 27 noyabr 2019-cu il tarixli iclasında Hacettepe Universitetinin professoru Şükrü Haluk Akalın SDU-nun Fəxri doktoru adının verilməsi haqqında qərarını elan etmişdi.

Hacettepe Universitetinin professoruna SDU-nun Fəxri doktoru diplomu təqdim olundu - FOTOLAR


Rektor universitetin fəxri doktoru adına layiq görülməsi münasibətilə Hacettepe Universitetinin professoru Şükrü Haluku Akalın təbrik etdi, universitetdə görməkdən məmnunluğunu ifadə etdi, qeyd etdi ki, Şükrü Haluk Akalın təkcə Türkiyədə deyil, bütün türk dünyası və Avropa alimləri arasında böyük nüfuza malikdir. Elm aləmində xüsusi nüfuzu olan alim yazdığı elmi əsərləri, apardığı tədqiqatları ilə elm aləminə öz töhfəsini vermişdir.

Hacettepe Universitetinin professoruna SDU-nun Fəxri doktoru diplomu təqdim olundu - FOTOLAR


Onun əsərləri müxtəlif dillərə tərcümə olunmuşdur. Həmçinin, Çukurova Universitetində Türkoloji Araşdırmaları Mərkəzini yaradaraq ona rəhbərlik etmiş, 2001-ci ildə Türk Dil Qurumuna sədr seçilmiş, türk dövlətlərində, xüsusən də, Azərbaycan Respublikasındakı türkoloqlarla, dilçi alimlərlə Türk Dil Qurumu arasında sıx əlaqələrin yaradılmasına xidmət göstərmişdir. Azərbaycanda dilçilik mövzusunda keçirilən toplantılarda Türk Dil Qurumu sədri kimi Türkiyəni təmsil etmişdir.
Professor Elxan Hüseynov onu da diqqətə çatdırdı ki, Şükrü Haluk Akalın Sumqayıt Dövlət Universiteti ilə sıx əlaqə bağları var. 2016-cı ildən Sumqayıt Dövlət Universitetində keçirilən beynəlxalq elmi konfranslarda iştirak etmişdir. Eyni zamanda, professor Şükrü Haluk Akalın Sumqayıt Dövlət Universitetində konfrans çərçivəsində məharət dərsləri vermiş, fakültədə təşkil olunmuş bir neçə dəyirmi masada yaxından iştirak etmişdir.

Hacettepe Universitetinin professoruna SDU-nun Fəxri doktoru diplomu təqdim olundu - FOTOLAR


Həmçinin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə çap olunmuş “Əbədiyyətin Nəsimi zirvəsi” adlı məqalələr toplusunda “Nesimi'nin Divan'ında cemal sözünün kullanımı ve eş dizimliliği (collocation) üzerine” adlı məqalə ilə çıxış etmişdir. Professor Filologiya fakültəsi ilə sıx əməkdaşlıq edir, doktorant və dissertantlara üzərində tədqiqat apardıqları elmi işləri ilə bağlı faydalı məsləhətlərini verir və köməyini əsirgəmir. Fəxri doktorları siyahısına belə alim və mötəbər insanın daxil edilməsinə ürəkdən sevindiyini bildirən rektor universitetin Türkiyə universitetləri ilə əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verəcəyini bildirdi.

Hacettepe Universitetinin professoruna SDU-nun Fəxri doktoru diplomu təqdim olundu - FOTOLAR


Rektor Fəxri doktor diplomunu, medal və mantiyanı ali qonağa təqdim etdi.
SDU-nun fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu ifadə edən Şükrü Haluk Akalın bundan sonra da Türkiyə və Azərbaycan arasında elm və təhsil sahəsində əlaqələrin gücləndirilməsinə çalışacağını dedi. Qeyd etdi ki, bu gün Sumqayıt Dövlət Universitetində, elmi şurada olmaqdan və universietin akademik və tələbə heyəti ilə görüşməkdən böyük məmnunluq və şərəf hissi duyur. Bu adın verilməsi onun üçün böyük əhəmiyyət kəsb edir, bu adın həm də çalışdığı Türkiyənin ilk on araşdırma universiteti sırasında olan Hacəttəpə universiteti arasında əməkdaşlıq simvolu olacağını söylədi. Onu da qeyd etdi ki, bizim bütün işlərimizin arxasında Azərbaycan-Türkiyə münasibətləri, qardaşlıq və dostluq əlaqələri dayanır.

Hacettepe Universitetinin professoruna SDU-nun Fəxri doktoru diplomu təqdim olundu - FOTOLAR


Hər birimizin çiyninə, müəllimlərin də, tələbələrin də üzərinə bu münasibətləri daha da möhkəmləndirilməsi, bir-birimizi daha yaxından tanımaq üçün təbliğat işlərinin genişləndirilməsi kimi vacib vəzifələr düşür. Bu məsələlərin həyata keçməsində, gələcəkdə daha böyük layihələrin reallaşmasında bir payımız olacaqsa nə mutlu bizə. Şükrü Haluk Akalın çıxışında onu da vurğuladı ki, bu günə qədər həm apardığı tədqiqatların, nəşr etdirdiyi əsərlərin, həm də Azərbaycan-Türkiyə elmi mühitindəki fəaliyyətinin Sumqayıt Dövlət Universiteti tərəfindən dəyərləndirilib, təqdir edilməsi və fəxri doktor adı, elmi adı ilə qiymətləndirilməsi onu olduqca məmnun etdi.

Hacettepe Universitetinin professoruna SDU-nun Fəxri doktoru diplomu təqdim olundu - FOTOLAR


Verilən bu yüksək ad, bu böyük qiymət elmi-ictimai həyatında aldığı ən qiymətli mükafat olaraq onu daha da şövqlə, həyəcanla, sevgi və məsuliyyətlə çalışmağa, fəaliyyət göstərməyə sövq edəcəyini bildirdi. Fəxri doktor adının verilməsi qərarına görə Elmi Şuraya xüsusi təşəkkürünü ifadə etdi, bu adın məsuliyyətini həmişə şərəflə daşıyacağına söz verdi. Professor Şükrü Haluk Akalın göstərilən bu etimadı, ona verilən qiyməti təkcə şəxsinə deyil, həm də ölkəmin elmi ictimaiyyətinə verilən bir dəyər kimi qəbul etdiyini vurğuladı. O, Sumqayıt Dövlət Universitetinin onda xoş təəssürat yaratdığını bildirərək, fəxri doktor adına layiq görüldüyünə görə SDU-nun rektor professor Elxan Hüseynova dərin təşəkkürünü bildirdi.

Hacettepe Universitetinin professoruna SDU-nun Fəxri doktoru diplomu təqdim olundu - FOTOLAR


Elmi Şuranın rəsmi açılışından sonra gündəlikdə olan məsələlər müzakirə olundu.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • SDU-da “təmizləmə əməliyyatı” başladı

    SDU-da “təmizləmə əməliyyatı” başladı ...

    20-12-2013, 20:03

  • 
  • Rektor Nadir Qəhrəmanov işdən çıxarıldı

    Rektor Nadir Qəhrəmanov işdən çıxarıldı ...

    9-12-2013, 13:08

  • 
  • Sumqayıt Dövlət Universitetində yenilənmiş rüşvət mexanizmi

    Sumqayıt Dövlət Universitetində yenilənmiş rüşvət ...

    14-01-2015, 16:22

  • 
  • SDU-da “Elm günü”nə həsr olunmuş sərgi təşkil olundu - FOTOLAR

    SDU-da “Elm günü”nə həsr olunmuş sərgi təşkil ...

    28-03-2019, 00:05

  • 
  • SDU-da tələbələr narazılığa başladı

    SDU-da tələbələr narazılığa başladı ...

    19-12-2014, 19:00


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu