Gundemxeber.az » Dünya » Blinken: “ABŞ iyuladək Finlandiya və İsveçi NATO-ya qəbul etməyə çalışır”
Finlandiya və İsveç 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət ediblər...
Birləşmiş Ştatlar iyulda Litvanın paytaxtında alyansın zirvə toplantısına qədər Finlandiya və İsveçin NATO-ya üzv olmasına çalışır.
Bu barədə çərşənbə günü Vaşinqtonda NATO-nun baş katibi Yens Stoltenberqlə danışıqların yekunu üzrə mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken bildirib.
“Əlbəttə, biz İsveç və Finlandiyanın NATO-ya daxil olmasına diqqət yetiririk. Onlar Alyansın prinsiplərinə sadiq olan güclü demokratik ölkələrdir. Biz iyulda Vilnüs sammitinə doğru irəlilədikcə prosesi yekunlaşdırmağa çalışacağıq”, - Amerika diplomatiyasının rəhbəri bildirib.
Xatırladaq ki, Finlandiya və İsveç 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət ediblər.
GUNDEMXEBER.AZ
10-12-2022, 09:22
20-05-2022, 11:26
1-07-2022, 08:34
11-07-2018, 11:35
25-05-2022, 10:30
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?