GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Jurnalistlər və hüquqşünaslar "Media haqqında" qanunun necə problemlər yaradacağı haqda danışır

Jurnalistlər və hüquqşünaslar "Media haqqında" qanunun necə problemlər yaradacağı haqda danışır

Tarix: 9-02-2023, 19:31 Bölmə :Dünya Baxış: 816


Fevralın 6-da jurnalistlər "Media haqqında" qanunun ətrafında müzakirə təşkil ediblər. Onlar qanun əleyhinə "icazəli media istəmirik" kampaniyası başladıblar.

Gundemxeber.az bildirir ki, Amerikanın Səsi konfransda müzakirə edilən mövzuları bir araya toplayıb.

Konfransda çıxış edən media hüququ üzrə ekspert Ələsgər Məmmədli mövzunun niyə indi gündəmə gəlməsi ilə bağlı suallara aydınlıq gətirib. Hüquqşünas deyib ki, yeni kampaniya indi başlayıb, çünki Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bu məsələ ilə bağlı açıqlama verib.

İsmayılov bildirib ki, hansısa media reyestrdən keçməyibsə, deməli, mövcud deyil: "Vətəndaşa şəxsiyyət vəsiqəsi verməyəndə o, mövcud olmur? Bəs adam öldürsə, necə? O zaman kim məsuliyyətə cəlb ediləcək? “Yox”a qarşı ittiham qaldırmaq olarmı? Bütün bu kampaniyaya qarşı gələn hökumət mediası da bir gün anlayacaq ki, biz həm də onların yaxşılığını istəyir, onların sifarişlə yazı hazırlamasının əleyhinəyik. Hökuməti tənqid edənlərə jurnalistlər cavab verməməlidir. Çünki jurnalistlər hökuməti təmsil etmirlər. Nədənsə onlara elə gəlir ki, hökuməti təmsil edirlər".

Meydan TV-nin redaktoru Aynur Elgünəş isə bildirib ki, illərdir bloklanmış sayt kimi çətinliklə fəaliyyət göstəriblər:

"Meydan TV-nin baş ofisi Almaniyada yerləşir, orada qeydiyyatdan keçib. İllərdir ki, çalışırıq Azərbaycanda akreditasiyadan keçək, amma keçirmirlər. Fəaliyyətimiz məhdudlaşdırılıb. Təəssüf ki, indiyədək bizə tətbiq olunan məhdudlaşdırmalar bu gün bütün müstəqil media və jurnalistlərin fəaliyyətinə tətbiq edilməyə başlayıb. Deyirlər ki, media qurumlarının reyestrdən keçməsi məcburidir, amma müstəqil jurnalistlər keçməsi könüllüdür. Gəlin baxaq, könüllüdür, amma jurnalist gedir küçədə sorğu keçirməyə. Polis yaxınlaşır, kim olduğunu soruşur və axtarır, reyestrdə adı yoxdursa, onu jurnalist hesab etmir. Əhməd İsmayılov özü də bir dəfə demişdi ki, reyestrdən keçməmisənsə, deməli, jurnalist deyilsən. Bunun özü polislərə əsas verir ki, jurnalistə rahat şəkildə mane olsun".

"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir ki, reyestr ciddi narahatlıqlara səbəb olmağa başlayıb. O bildirib ki, hökumət, dövlət orqanları özləri də hazırda bu, qanunun qarşısında girinc qalıblar.

"Reyestrdə daha təhlükəli məqamlar yatır. Qanun layihəsi ləğv edilməlidir. Reyestrlə bağlı kampaniyalar da davam etməlidir. Qanun layihəsinin bu vəziyyətdə qalması, jurnalistlərə, hökumətə və cəmiyyətə hələ çox problemlər yaradacaq", deyə Əliyev bildirib.

Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə bildirib ki, martdan sonra müstəqil medianı, jurnalistləri nəyin gözlədiyini demək çətindir. Hansı addımları atacaqları bəlli deyil:

"Bunların 25 illik siyasətini nəzərə alsaq, siyasət ona yönəlib ki, Azərbaycanda tamamilə sıradan çıxarsınlar. Niyə tibb işçilərinin, tikinti fəaliyyəti ilə məşğul olanlar üçün reyestr yoxdur? Nə qədər ev tikməlisən, neçə dənə mənzil təhvil verməlisən, neçə kilo kartof əkməlisən? Redaksiya 20 informasiya istehsal etməlidirsə, bu da gülməlidir. Heç yerdə belə bir praktika yoxdur. Biz reyestrdən danışırıq, ancaq reyestrə düşsən də, oradan səni sıradan çıxarmaq kifayət qədər rahatdır".

Media hüququ üzrə ekspert, hüquqşünas Xalid Ağalıyevin sözlərinə görə 2021-ci il dekabrın 6-da Avropa Şurası Nazirlər Komitəsinin (AŞ NK) qətnaməsi qəbul olunub:

"Bu, AİHM-in jurnalistlərlə bağlı qərarılarının icrası ilə bağlı idi. Orada qeyd olunurdu ki, AŞ NK Azərbaycanda media haqqında qanunun hazılanması ideyasından xəbərdardır və bunu maraqla qarşılayır. Orada qeyd edilirdi ki, hökumət yeni qanunu Avropa Şurası standartlarına uyğunlaşdırmaq yönündə işləsin və Avropa Şurası ekspertlərini də məsələyə cəlb etsin. Bundan 3 gün sonra Parlament qanun layihəsini rəsmi şəkildə açıqladı".

Hüquqşünas bildirib ki, onların bunu müzakirə üçün cəmi bir günləri olub, təkliflər vermək üçün isə 5-6 saat vaxtı var idi:

"Dünyanın ən uzun mətni olan qanun layihəsinə tez bir zamanda baxıb, əlavələrimizi edə bildik. Qanun Avropa standartlarına uyğunlaşdırılmalıdır. Tamamilə dəyişdirilməlidir. Qanun bir müddət sonra hamıya problem yaradacaq, sadəcə, 10-15 nəfər müstəqil jurnalistə yox".

Toplum TV-nin redaktoru, araşdırmacı jurnalist Xədicə İsmayıl deyir ki, əgər məhkəmə qaydasında jurnalistlərin fəaliyyəti qanunsuz sayılarsa, onlar məlumat toplaya və yaya bilməyəcəklər.

"Bunu şişirtmirik, çünki görmüşük. 2014-cü ildə həbs ediləndə mənə qoyulan maddələrin biri qanunsuz sahibkarlıq idi. Bunu mənə ödədiyim vergilər üzərindən tətbiq etmişdilər. Vergidən yayınmamışam, ödəmişəm. Bunlar ona baxıb qərar gəliblər ki, bunlar hamısı qanunsuz sahibkarlıq olub. Niyə mən XİN-də qeydiyyatdan keçməmişəm və s. Bu təcrübə var. Sabah biz hamımız qanunsuz sahibkarlıq maddəsi ilə ittiham altına düşən insanlar olacağıq", deyə Xədicə İsmayıl bildirib.

Konfrans iştirakçıları Azərbaycanda əlverişli və sağlam informasiya mühitinin yaradılması, o cümlədən Kütləvi İnformasiya Vasitələri haqqında yeni qanunun hazırlanması üzrə səyləri davam etdirməyə razılaşıblar. 2021-ci ilin dekabrında parlamentə təqdim edilmiş media haqqında qanun layihəsinə 40 düzəliş və dəyişiklik paketinin dərci barədə təşəbbüs irəli sürülüb. Həmçinin media haqqında qanuna yenidən baxılması təşəbbüsü üçün imza toplanmasına başlanılması qərara alınıb.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov fevralın 6-da bildirib ki, jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilərlər. Lakin müstəqil media nümayəndələri qanun dəyişmədikcə, bu tələbin problemə çevriləcəyini deyirlər və qanuna dəyişiklik edilməsini tələb edirlər.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əhməd İsmayılovun vahid kart siyasəti – Mətbuata inzibati amirlik üsullarının gətirilməsi nəyə xidmət edir?

    Əhməd İsmayılovun vahid kart siyasəti – Mətbuata ...

    2-03-2021, 11:48

  • 
  • Müstəqil jurnalistlər media haqqında qanuna etiraz etdilər - VİDEO

    Müstəqil jurnalistlər media haqqında qanuna ...

    4-02-2023, 14:10

  • 
  • Jurnalistlərə səslənən icraçı direktora dəstək olmağa hazırıq

    Jurnalistlərə səslənən icraçı direktora dəstək ...

    23-01-2021, 17:19

  • 
  • Əhməd İsmayılov Teresa Ribeiro ilə görüşdü - FOTOLAR

    Əhməd İsmayılov Teresa Ribeiro ilə görüşdü - ...

    26-04-2022, 17:01

  • 
  • Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov xarici jurnalistlərlə görüşüb

    Medianın İnkişafı Agentliyinin İcraçı direktoru ...

    29-11-2022, 08:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (363)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu