Fevralın 10-da səhər saatlarında Rusiya qoşunları Ukraynaya növbəti kütləvi raket hücumu həyata keçirib.
Bu barədə Nikolayev Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Kim özünün “Telegram” kanalında xəbər verib.
Onun sözlərinə görə, raketlərdən biri Moldovanın hava məkanından keçib.
Daha sonra mediada bir qrup raketin Moldova ilə sərhəd boyunca qərb rayonları istiqamətində hərəkət etdiyi barədə məlumatlar yayılıb. “Insider” isə Rusiya raketinin Moldova ərazisindən birbaşa Çernovtsi istiqamətində uçduğu barədə xəbər verib.
Moldova hakimiyyəti hələlik bu məlumatı şərh etməyib.
KİV-də yayılan məlumata görə, Rusiya ordusunun atdığı raketlər təkcə Moldova deyil, Rumıniyanın da hava məkanından keçib. Bu barədə “Kanal24” xəbər yayıb.
Mediada bu, NATO-nun hava məkanına müdaxilə hesab edilib.
Hələlik Ukrayna Silahlı Qüvvələrindən rəsmi təsdiq yoxdur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?