“Məncə, Azərbaycan tərəfi Tehranda səfirliyimizə qarşı həyata keçirilən terror aktıyla bağlı öz fikrini açıq şəkildə bildirib”.
Gundemxeber.az bildirir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Sədrəddin Soltan deyib. O, yanvarın 27-də Azərbaycan səfirliyində törədilən terror aktıyla bağlı aparılan istintaq işinə dair məlumatların İran tərəfindən gizlədilməsindən və belə olan təqdirdə Azərbaycanın ata biləcəyi addımlardan söz açıb. S. Soltan Azərbaycan səfirliyin İranda fəaliyyəti ilə bağlı ölkəmizin şərtlərini deyib və baş verən hadisəni belə qiymətləndirib:
“Birincisi, Azərbaycan tərəfi səfirliyə hücum aktını terror adlandırır və bununla bağlı əlində kifayət qədər faktları var. İkincisi, Azərbaycan tərəfi səfirliyin əməkdaşlarını geri çağırıb və İranla diplomatik münasibətlər səviyyəsini baş konsolluğa qədər endirib, ta səfirliyimizin İrandakı fəaliyyətinin təhlükəsizliyi təmin olunana kimi. Üçüncüsü, Azərbaycan tərəfi bu cinayət işinin obyektiv aparılmasını tələb edir, hətta bu cinayət işinin araşdırılmasında iştirak etmək istədiyini belə bildirib”.
Müsahibimiz əlavə edib ki, Azərbaycan tərəfinin irəli sürdüyü şərtlərin və təkliflərin heç birini İran tərəfi qəbul etmir:
“Belə olduğu təqdirdə Azərbaycan dövləti İrana qarşı mövcud münasibəti bu şəkildə saxlamaqda davam edəcək. Bundan başqa, Azərbaycan və İran arasında iqtisadi sahəyə dair imzalanmış müxtəlif müqavilələrin həyata keçirilməsində belə problemlər yaranacaq. Daha sonra isə Azərbaycan perspektivdə İran hakimiyyətinə qarşı yaradılan koalisiyalara qoşula bilər”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?