Gundemxeber.az » Dünya » KİV: Rusiya zəlzələ bölgəsinə yardım aparmağa mane olur
“Rusiya hakerləri Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələnin nəticələrini aradan qaldırmağa mane olur”.
Gundemxeber.az bildirir ki, NATO-nun Belçikada yerləşən Xüsusi Əməliyyatlar Qərargahının, digər strukturlarının haker hücumlarına məruz qaldığını xatırladan qəzet bildirir ki, strateji hava daşımalarında alyansın dəstəyinə güvənən beynəlxalq şəbəkə də hücumlardan ziyan çəkib: “Nəticədə Türkiyə və Suriyaya yardım aparan hərbi təyyarələrin işi əngəllənib, həmin təyyarələrlə NATO arasında əlaqə kəsilib”.
Haker hücumlarının arxasında Rusiyanın “Killnet” qrupunun dayandığı bildirilir. Rusiya 2022-ci ilin fevralında Ukraynada total müharibəyə başlayandan bəri “Killnet” NATO ölkələrinə qarşı bir neçə hücum həyata keçirib.
Fevralın 6-da Türkiyə və Suriyada əsrin ən dağıdıcı zəlzələlərindən biri baş verib. Fevralın 13-ü günorta saatlarına olan açıqlamalarda Türkiyədə ölənlərin sayı 31000-dən, Suriyada isə 8500-dən çox göstərilir. Bu, son rəqəmlər deyil, ölənlərin sayı hələ də artır.
GUNDEMXEBER.AZ
13-02-2023, 18:58
25-11-2015, 16:51
27-11-2015, 17:05
28-11-2019, 13:38
5-10-2015, 22:02
Sorğu
Yeni dizaynımız necədir?