Kahramanmaraş zəlzələsi Türkiyədə ən qədim məscid olan Habib-i Neccar məscidini dağıdıb. 14 əsrlik tarixi olan bu məscid 6 fevral zəlzələsi nəticəsində uçub.
Müasir Türkiyə hüdudları daxilində, Antakyada yerləşən Habib-i Neccar məscidi 638-ci ildə inşa edilib. Zəlzələdən sonra məscid binasının yalnız divarları salamat qalıb. 50 yaşlı Havva Pamukçunun sözlərinə görə, bir vaxtlar bu məsciddəki “bir qutuda Məhəmməd Peyğəmbərin saqqalının bir hissəsi qorunub saxlanmışdı".
"Ürəyim parça-parça olub", - Havva Pamukçu əlavə edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?