Xilasedicilər dağıntılar altında sağ qalanların axtarışıyla bağlı əməliyyatları dayandırmağa başlayırlar. Bazar ertəsi axşam saatlarına olan məlumata görə, Türkiyədə və Suriyada zəlzələdən ölənlərin sayı 37 mini keçib.
Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarəedilməsi Agentliyinin (AFAD) bazar ertəsi açıqladığı məlumata görə, Türkiyədə fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən ölənlərin sayı 31643 nəfərə çatıb. Suriyanın şimal-qərbində isə BMT-nin məlumatına görə, ölənlərin sayı 5714 nəfərə çatıb.
BMT zəlzələnin təsir etdiyi ərazidə 800 mindən çox insanın normal qidalanmadan məhrum olduğunu bildirir. Hər iki ölkədə ərzaq ehtiyatları tükənmək üzrədir. Hazırda Türkiyənin cənubundakı Adana şəhərində olan yardım təşkilatı işçilərindən birinin BBC-yə bildirdiyinə görə, insanların ehtiyac duyduğu əşyaların siyahısı böyükdür və o cümlədən, alt paltarı, çadır və аdyal əldə etmək çox çətindir.
GundemXeber.Az-ın əldə etdiyi məlumata görə Türkiyə hökuməti dağıntılar zamanı ailəsini itirən və ya ailəsindən ayrı düşən uşaqların kimliyini müəyyənləşdirmək istiqamətində də araşdırmalara başlayıb.
Suriya hökuməti isə ölkəsinə yardımların çatdırılması üçün əlavə iki sərhəd buraxılış məntəqəsinin açılmasına razılıq verib, BMT-nin sözçüsü Stephane Dujarric bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?