Gundemxeber.az » Dünya » Zəlzələ barış gətirir? – Çavuşoğlu Mirzoyanla görüşdü
Türkiyədə baş verən dəhşətli zəlzələ Türkiyə-Ermənistan münasibətlərində sülh üçün zəmin yaradıb. Gundemxeber.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qonşu ölkədə baş vermiş zəlzələ ilə bağlı Ankaraya səfər edib və həmkarı Mövlud Çavuşoğlu ilə görüşübMirzoyan Ankarada Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşdən sonra verdiyi bəyanatda Ermənistanın Türkiyə ilə münasibətləri tam nizamlamağa, diplomatik münasibətlər qurmağa və Ermənistan-Türkiyə sərhədini tam açmağa hazır olduğunu və buna can atdığını təsdiq edib.
“Bugünki görüşümüz çox sayda həyata son qoyan fəlakətlə bağlıdır, amma bu çətin anda Türkiyədə olarkən bir daha Ermənistanın regionda sülh yaratmağa, xüsusən Türkiyə ilə münasibətləri tam nizamlamağa, diplomatik münasibətlər qurmağa və Ermənistan-Türkiyə sərhədini tam açmağa hazır olduğunu və buna can atdığını bir daha təsdiq etmək istəyirəm. Bu gün biz bu prosesin bəzi təfərrüatlarını müzakirə etdik, bizim birgə səylərlə Ani körpüsünü bərpa etmək, habelə sərhədlərin tam açılması ərəfəsində mövcud infrastrukturun qayğısına qalmaq barədə razılaşmamız var”, deyə Ararat Mirzoyan bildirib. Çavuşoğlu humanitar sahədə həmrəyliyin “Cənubi Qafqazda münasibətlərin normallaşması prosesi üçün təkan olacağına” ümid etdiyini bildirib. “Ermənistanın Türkiyə ilə dialoqunda irəliləyişlər regionda sabitliyə töhfə verəcək. Bizim üç ölkəmiz səmimi addımlar atarsa, biz Cənubi Qafqazda uzunmüddətli sülhə nail ola bilərik”, deyə Türkiyənin xarici işlər naziri bildirib.
Gundemxeber.az
15-05-2019, 17:21
3-12-2020, 16:34
29-11-2017, 18:35
24-07-2018, 16:22
15-10-2020, 14:24
Sorğu
Yeni dizaynımız necədir?