Fevralın 15-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı əsnasında Ukrayna Prezidenti ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə və göstərilən humanitar yardımlara görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
"Söhbət zamanı dövlət başçıları beynəlxalq platformalarda əməkdaşlıq məsələsini də müzakirə ediblər", məlumatda qeyd edilir.
Telefon söhbətinin təfərrüatı barədə geniş məlumat verilmir.
Ukrayna Prezidentinin Mətbuat xidməti də hələ telefon danışığı barədə rəsmi məlumat yaymayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?