Gundemxeber.az » Dünya » İranlı qadın şahmatçı ölkəsinə geri dönməkdən imtina etdi
İranda etirazlar qismən səngidikcə, molla rejiminin azğınlığı da artmağa başlayıb. İnsanların azadlıq tələb etdiyini görən rejim, nəzarəti əldə saxlamaq üçün daha azğın qərarlar qəbul etməyə başlayıb
Gundemxeber.az xəbər verir ki, İran rejimi bir müddət əvvəl Qazaxıstanda keçirilən dünya çempionatına hicabsız qatılan şahmatçı Sarasadat Xademəlşəri barəsində həbs qərarı çıxarıb.
26 yaşlı qrossmeyster də barəsində çıxarılan həbs qərarı səbəbindən ölkəsinə dönməyərək, İspaniyaya mühacirət edib.
Bu addımı ilə İrandakı hazırkı etiraz hərəkatını dəstəkləyən Xademəlşəriyə “Reuters”ə müsahibəsində belə bir cəzanın veriləcəyini gözlədiyini deyib: “Biz şahmatçılar həmişə növbəti gedişin nə olacağını təxmin etməliyik”.
Xademəlşəriyənin sözlərinə görə, İran hakimiyyəti ölkəyə qayıtmaq icazəsi müqabilində ondan hərəkətinə görə peşman olduğunu ifadə edən video dərc etməyi istəyib. Ancaq şahmatçı atdığı addımdan peşman olmadığını vurğulayıb: “Hicabın açılması İranda bu hərəkatın simvollarından birinə çevrildi və mən də nəhayət, sevdiyim işlə məşğul olmağa, özüm olmağa qərar verdim”.
Qeyd edək ki, İran yığmasının heyətində dəfələrlə Şahmat Olimpiadasında iştirak edən Sarasadat Xademəlşəriyə 12 və 16 yaşadək qızlar arasında dünya çempionu olub.
Gundemxeber.az
25-11-2022, 17:20
31-07-2019, 13:44
4-03-2017, 00:00
30-10-2015, 12:05
23-11-2019, 16:01
Sorğu
Yeni dizaynımız necədir?